Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:41 | 22 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 1425 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
«The Independent» yazır ki, Kreml Rusiya və ABŞ arasında az qala bütün kommunikasiya kanallarının dondurulduğunu bildirib. Rusiya tərəfi bəyan edib ki, Moskva Donald Trampın gəlişi ilə ABŞ administrasiyasının NATO-nun genişləndirilməsindən dərhal imtina edəcəyini gözləmir və buna görə də Birləşmiş Ştatlarla bütün kommunikasiyalar kəsilib.
Moskva belə bir genişlənmənin həmişə əleyhinə çıxıb.
«Demək olar bütün səviyyələrdə Birləşmiş Ştatlarla dialoq dondurulub. Biz bir-birimizlə əlaqədə deyilik və yaxud bunu çox az edirik», - deyib Kremlin sözçüsü Dmitri Peskov.
«The İndependent» yazır ki, Rusiyanın bu bəyanatı prezident Obama da daxil bir sıra ABŞ rəsmilərinin Rusiyanın, prezident seçkisi zamanı Hillari Klintonun elektron poçtuna haker hücumunun arxasında durmasına dair bəyanatlarla dolu çıxışından sonra səslənib.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqatlar Bürosu (FTB) da haker hücumunun Rusiya hakimiyyəti tərəfindən təşkil edildiyini bildirmişdilər.
Respublikaçı senator Con Makkeyni (John McCain) deyib ki, Rusiyanın ABŞ sistemlərinə bu sayaq haker hücumları demokratiyanı onun hazırkı formasında məhv edə bilər.
O Amerika rəhbərliyini Rusiya ilə münasibətləri yaxşılaşdıra bilməməkdə günahlandırıb və əlavə edib ki, tezliklə «dünya nizamının pozulması» baş verə bilər.
RIA agentliyi Dmitri Peskovun «Mir» telekanalına müsahibəsinə istinadən yazır ki, Vladimir Putin-in 2018-ci il prezident seçkisinə qatılıb-qatılmayacağı bilinmir.
O deyib ki, hazırda hamının başı layihələrə və işə qarışıb və seçki haqqında düşünməyə və danışmağa heç kəsin vaxtı yoxdur.
Bir çox təhlilçilər Vladimir Putinin 2018-ci il seçkisinə qatılacağını gözləyirlər.
Ötən ay cənab Tramp seçki kampaniyası zamanı verdiyi bir sıra hay-küylü və ziddiyyətli bəyanatlardan geri çəkilib.
Məsələn seçki kampaniyası zamanı cənab Tramp NATO-nu «köhnəlmiş» təşkilat adlandırmışdı.
Lakin bundan sonra o NATO-nun baş katibi Yens Stollenberqə (Jens Stoltenberg) deyib ki, alyansa «güclü şəkildə inanır».
Cənab Putin ötən noyabrda Rusiyanın yer-göy raketlərinin yerləşdirilməsinin Avropa yaxınlığına genişləndiriləcəyini elan edəndə NATO-nun «qərarlar qəbul etməsini» tənqid atəşinə tutmuşdu.
O demişdi: «Biz niyə NATO-nun genişlənməsinə bu qədər emosional yanaşırıq? Çünki biz NATO-nun qəbul etdiyi qərarlardan narahatıq. Daha nə etməli idik ki? Ona görə də biz əks-tədbirlər görməliyik. Bu isə o deməkdir ki, biz raket sistemlərimizlə bizim nəzərimizdə təhlükə təşkil edən qurğuları nişan alacağıq».