Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:41 | 4 yanvar 2017 | Çərşənbə
Məqaləyə 1248 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ xüsusi təyinatlı qüvvələrinin onlarla hərbçisi xəlvətcə Baltik ölkələrinin ərazisində yerləşdirilib. Onların vəzifəsi Latviya, Litva və Estoniyanın xüsusi təyinatlı qüvvələrini mümkün Rusiya hərbi müdaxiləsinə qarşı hazırlamaqdır.
Virtualaz.org xəbər verir ki, bu barədə «The New York Times» qəzetinin məqaləsində deyilir.
«ABŞ xüsusi təyinatlı qüvvələrinin onlarla hərbçisi başlarının üstünü Rusiya təhlükəsi almış bu ölkələrin qoşunlarının hazırlığını və qətiyyətini möhkəmləndirmək məqsədi ilə yerləşdirilib. Habelə məqsəd amerikalılar tərəfindən Moskvanın keçmiş sovet respublikalarında qarışıqlıq yaratmağa yönəlmiş gizli səylərini aşkar etməkdir»-qəzet yazır.
«Onlar Rusiyadan ölümünə qorxurlar və bunu qətiyyən gizlətmirlər. Onların bizim liderliyimizə çarəsizcəsinə ehtiyacları var» - Pentaqonun xüsusi təyinatlı qüvvələr komandanlığının rəhbəri general Raymond Tomas bildirir.
Generalın sözlərinə görə, Amerika desantçıları Baltik respublikalarında «daimi əsasla2 yerləşdirilib, onlar region ölkələrinin xüsusi təyinatlı qüvvələri ilə birgədir. Amerikalılar özləri ilə müasir kəşfiyyat-izləmə vasitələri, kəşfiyyat məlumatlarının əldə edilməsi üçün geniş imkanlara malik olan vasitələr də gətiriblər. Onların Baltik ölkələrindən olan partnyorları isə Rusiyanın konvensional silahlı qüvvələri, Moskvanın açıq müharibəyə əl atmadan istifadə etdiyi hiyləgər metodlar və informasiya maxinasiyaları haqda geniş təsəvvürlərə malikdir.
Amerika desantçıları regionda lüzumsuz hay-küy qaldırılmadan yerləşdirilib. Lakin bu, Moskvaya aydın siqnal olmalıdır. «Ruslar bilmirmi ki, biz buradayıq? Bəli, bilirlər»-general Tomas bildirir.
Məqalədə deyilir ki, Ukraynada baş verənlərdən sonra Baltik ölkələrinin Rusiyadan qorxusu artıb. Kəşfiyyat məlumatları göstərir ki, Rusiya Kalininqrad vilayətində çoxsaylı müasir texnika, iri qoşun birləşmələri yerləşdirib. İndi hər Baltik respublikasında təxminən 10 amerikalı xüsusi təyinatlının yerləşdirilməsi NATO-nun Rusiyanın mümkün hərbi təhdidinə qarşı strategiyasının tərkib hissəsidir.
Regionda yerləşdirilmiş xüsusi təyinatlıları topladıqları kəşfiyyat məlumatlarını Vaşinqtona ötürür, məlumatlar orada təhlil edilir. Litva dövlət təhlükəsizlik Departamentinin direktoru Daryus Yanuşisk deyir ki, onlar Rusiyanın Baltik dövlətlərinə qarşı təbliğat hücumu ilə üzləşiblər. «Bu hücumların məqsədi dövlət orqanları ilə cəmiyyət arasında etimadı sarsıtmaq, hətta bizi dövlətçilikdən məhrum etməkdir» - o deyir.