Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:25 | 15 yanvar 2017 | Bazar
Məqaləyə 938 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
«ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, baş verənlərə görə məsuliyyəti özü daşımalıdır. Əgər ABŞ-ın yeni hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) icra etməzsə, İran tez bir zamanda nüvə fəaliyyətlərini əvvəlki formada davam etdirəcək».
Bunu bu gün İranın xarici işlər nazirinin beynəlxalq və hüquq məsələləri üzrə müavini Abbas Əraqçi keçirdiyi mətbuat konfransında deyib.
A.Əraqçi deyib ki, ABŞ-ın yeni hökumətiylə HBFP ilə bağlı heç bir müzakirə aparılmayacaq: «HBFP İranla 6 ölkə və Avropa Birliyi ilə imzalanmış çoxtərəfli razılaşmadır. ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, bu onun öz işidir və bundan sonra baş verənlərlə görə də məsuliyyəti özü daşımalıdır. HBFP ilə bağlı heç bir yeni müzakirə aparılmayacaq. Əgər onlar bu planı cıracaqlarsa, İran bu planı yandıracaq. Əmin olun, HBFP təzyiqlərlə birgə icra olunmayacaq. Bu Planın icrasına dair öhdəlik xoş niyyətlik atmosferində baş tutacaq, təzyiqlərlə deyil. Təzyiqlər və sanksiyalar olarsa, bu öhdəliyin icra olunmaması anlamında olacaq».
A.Əraqçi deyib ki, İranın ABŞ ilə nüvə müzakirələri başa çatıb və danışıqlar bundan sonra HBFP-nin icrasi ilə bağlı bəzi texniki məsələlərə dair olacaq. «İranın nüvə fəaliyyətləri tamamilə qanunidir və davam edir. Bu gün uranın zənginləşdirilməsi və uranın zənginləşdirilməsi sahəsində araşdırma prosesi qabaqcıl texnologiya ilə davam etdirilir. Uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar hazırda test olunur və MAQATE ilə əldə olunan proqrama əsasən 15 il ərzində İran sənaye zənginləşdirilməsi mərhələsinə çatacaq».
A.Əraqçinin sözlərinə görə, Ərak nüvə reaktoru hazırda modernləşdirilir. «Ərak reaktoru modernləşdirlir və daha inkişaf etmiş reaktor quraşdırılacaq. İranın nüvə proqramı dəqiq hesablanmış cədvəl üzrə inkişaf etdirilir».
İranın xarici işlər nazirinin müavini deyib ki, HBFP-nin icrasından sonra ötən bir il ərzində İran beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə kimi deyil, bəlkə yeni bir simada tanınıb. «ABŞ və İranın düşmənləri İranın sülhyönümlü nüvə proqramından sui-istifadə edərək ölkəmizi beynəlxalq aləm üçün təhlükə kimi göstərirdilər. Deyirdilər ki, İran nüvə silahı əldə etmək istəyir və səs-küy salırdılar. Lakin HBFP-dən sonra bu səs-küy yatdı».