
“Qalib gələn vətəndaşlıq alacaq”
“Oyunu dəyişdirən addımlar” amerikalı olmağın nə demək olduğunu hiss edəcək
“Oyunu dəyişdirən addımlar” amerikalı olmağın nə demək olduğunu hiss edəcək
Çiplərdə gizli hissələr var, dünya təlaşlanıb
Pezeşkian: “ABŞ sülhdən danışarkən, təhdid edir”
Almaniyada xarici investisiyalar təhlükəli şəkildə azalaraq ən aşağı səviyyəyə çatıb
Taylor Sviftin evinin yaxınlığında şübhəli tapıntı
Bütün ştat üzrə axtarış tədbirlərinə başlanıldı
“Husilər”ə son günlərin ən ağır zərbəsi
Lüksemburqda təcili eniş etdi
Keçmiş FTB rəhbərinin şübhəli Tramp postu ABŞ-da mübahisələrə səbəb oldu
DNT testi 40 il əvvəl törədilən qətlin üstünü açıb
Tramp: “Ümid edirəm ki, İranla bağlı mənə kömək edə bilərsiniz”
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
... Və Trampın dəyişkən istəkləri
ABŞ Türkiyəyə 304 milyon dollar dəyərində raket satacaq
Donald və Melaniya Tramp haqqında şok iddia
Pakistan Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Yeni il olduqca maraqlı, lakin təməli keçən il qoyulmuş proseslərlə başlanıb. Məsələn, Türkiyə baş nazirinin birinci müavini Veyski Kaynak bildirib ki, Ankara ABŞ başda olmaqla İŞİD-ə qarşı hava əməliyyatlarında iştirak edən koalisiya qüvvələrinin İncirlik bazasında bundan sonra da olmağını şübhə altına alır.
Mövzunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Nyu-Yorkda BMT-nin yeni baş katibi Antoniu Quterreşlə görüşdən sonra davam etdirib. «Anadolu» agentliyinin məlumatına görə, o deyib ki, İncirliyin bağlanması məsələsi gündəlikdə deyil, lakin İŞİD-lə mübarizə adıyla bazadan istifadə edən, bu məsələdə Türkiyəyə yardım göstərməyən ölkələrin orada görəcəyi bir iş yoxdur. Çavuşoğlunun qeyd etdiyinə görə, Türkiyə ictimaiyyəti təbii bir sual verir: «Türkiyəyə kömək etmirlərsə, onda İncirlik aviabazasından niyə istifadə edirlər?»
Xatırladaq ki, Çavuşoğlu Türkiyə SQ-nin Suriyada «Fərat qalxanı» əməliyyatına ABŞ-ın hava dəstəyi olmadığı haqda Yeni il ərəfəsində bildirib. Amerikalıllar üçün «İncirlik bazamızın açıldığı da» yad edilib. Türkiyənin birinci diplomatı Amerikanı həmçinin Ankaranın Türkiyədə yasaqlanmış terrorçu PKK ilə bağlı terrorçu qruplaşma saydığı Suriya kürdlərinin özünü müdafiə dəstələrini silahla təchiz etməkdə də ittiham edib. Belə ki, İncirlikdə amerikalılara imtina və yaxud heç olmasa, onları qorxutmaq üçün zəmin vaxtından əvvəl hazırlanıb.
Əlbəttə, ABŞ Ankaranın mövqeyinə reaksiya verib. Ağ Evin rəsmi təmsilçisi Coş Ernst bildirib ki, Amerika hərbçilərinin İncirlik bazasına çıxışının mümkün məhdudlaşdırılması İŞİD-lə mübarizədə Türkiyəyə göstərilən yardıma mənfi təsir edəcək. Ernst deyib: «Düşünürəm ki, İncirlik bazasına çıxışımızı məhdudlaşdırmaq təhdidi göstərə biləcəyimiz dəstəyi potensialca sarsıda bilər».
Ağ Ev təmsilçisinin sözlərinə görə, bu cür hərəkət «konduktorun acığına piyada geri qayıtdı» atalar məsəlinə, yəni «özünə pislik etməyə» oxşayır. O, ümidini ifadə edib ki, bu, baş verməyəcək. Türkiyəni «NATO-nun kritik mühüm müttəfiqi» adlandıran Ernst İŞİD-lə mübarizədə ABŞ-ın Türkiyəyə əlavə dəstək təklif etməyə hazır olduğu barədə məlumat verib.
Burada iki məqamı qeyd etməyinə dəyər.
Birincisi: İncirliyin hərbi-siyasi çəkisini məhz nə müəyyən edir və NATO niyə ondan bu qədər yapışır?
İkincisi, türk aviabazası «süjeti» yayda, həm də Rusiya «vurğusu» ilə inkişafa hazırlanmışdı.
İncirliyin zəngin tarixi və böyük dəyəri var. Ötən əsrin 50-ci illərində başlıca önəmi Sovet İttifaqına qarşı kəşfiyyat fəaliyyəti, həmçinin Yaxın Şərq böhranlarına sürətli reaksiyadan ibarət idi. «Səhra tufanı» əməliyyatı vaxtı baza fəal şəkildə hərəkətlənmişdi – ABŞ bombardmançıları buradan Küveytə uçurdu. Keçən əsrin axırında aviabaza İraq hava məkanına keşik çəkən güclər tərəfindən, sonralar isə bu ölkədə müharibə vaxtı istifadə olunub. Suriyaya da uçuşlar buradan həyata keçirilib. Müxtəlif qaynaqların məlumatına görə, keçən ilin sonuna kimi İncirlikdə ABŞ-ın Rumıniyaya daşımağa başladığı nüvə sursatları saxlanıb – bu ölkənin nüvə sursatı üçün tranzit və yaxud baza ölkə olub-olmadığı dürüst məlum deyil.
Keçən ilin yayında Avropada ən böyük nüvə saxlancı olan İncirliyin yanında bazanın bağlanmasını tələb edən Türkiyə vətəndaşlarının mitinqi keçib. Özü də qəribə bir «təsadüf» alınıb – təxminən, həmin dövrdə Çavuşoğlu İncirlik bazasında Rusiya təyyarələrinin görünəcəyini istisna etmədi. Düzdür, bu, az qala, beynəlxalq çaxnaşma törədərkən Türkiyə XİN başçısı bildirdi ki, onu «düzgün anlamayıblar». Ümumiyyətlə isə, Çavuşoğlu ya ABŞ və koalisiyanı şantaj etmək üçün «sınaq şarı» buraxmışdı, ya da artıq o zaman Rusiya təyyarələrinin dislokasiyası üçün bazada «təmizlik» başlanmışdı.
İncirliyin hərbi baxımdan Rusiyaya lazım olub-olmadığı başqa məsələdir. Bəzi ekspertlər hesab edirlər ki, Suriya əməliyyatı kontekstində ona Suriya hava məkanı və yerüstü obyektlərə tam nəzarət edən Xmeymim aviabazası tamamilə kifayətdir. İranın Həmədan aviabazasına çıxış da Rusiyaya açıqdır. Digər tərəfdən, Ankara Rusiyanı İncirliyə dəvət etsə, bu, NATO üzvü ölkənin bazasında Rusiya aviasiyasının iştirakına misilsiz hadisə olacaq. Şimali Atlantika müqaviləsinin parçalanması buradanmı başlanacaq? Axı zəif də olsa, artıq müvafiq əlamətlər üzə çıxıb.
Düzdür, Rusiya aviasiyasının türk bazasına atılması yetərincə məsrəfli işdir. Lakin hətta bu, yanmasa da (prezident Ərdoğana güvən etibarlı sayıla bilməz), hətta Ankara ABŞ və başçılıq etdiyi koalisiyanın bazasına Rusiyanı çağırsa, Rusiya «dərin məmnunluq hissi» keçirəcək. Hər halda «müqəddəs yer»i Rusiya tutsa, bu, onun üçün çox böyük geopolitik qələbə və Vaşinqtonla Ankara arasında münasibətlərin kəsildiyinin təsdiqi olacaq. Lakin qeyd edək ki, Türkiyə ilə NATO arasında deyil.
Amma tamamilə mümkündür ki, Ankara gerçəklikdə Vaşinqtona qapını göstərməyəcək, amerikalıların Türkiyənin maraq və istəklərini nəzərə almasalar, bu cür jestə qadir olduğu haqda ABŞ-ın yeni administrasiyasına xəbərdarlıq edir. Yəni Türkiyə hökuməti indi sadəcə İncirlik bazasının hərbi-strateji baxımdan çox böyük önəmə malik olduğu Vaşinqton və NATO-nu şantaj edir. Lakin bir halda şantaj varsa, bu, Türkiyənin təkcə ABŞ-la deyil, həm də təmasların açıq şəkildə yenidən nəzərdən keçirildiyi NATO ilə gərgin münasibətlərindən xəbər verir.
Ehtimal ki, Türkiyə Alyansdan çıxmağa hazırlaşmır, amma onda açar rol oynamaq və bölgəsəl təhlükəsizlikdə «birinci skripkada çalmaq» istəyir. Ancaq ikinci iddianın təmin edilməyi üçün Türkiyə təkcə ABŞ-ı deyil, həm də Rusiyanı udmalı olacaq. Lakin Ərdoğan Türkiyəsi ilə münasibətlərdə ağıllanmış Moskva, çətin ki, onun əlində alət olsun. Buna görə də Rusiyanın Yaxın Şərqdə Türkiyə nüfuzunun güclənməsi hesabına nüfuzunun azalması kimi hərbi-siyasi imtiyazlar Kremlin İncirliyə tamah salmağında, kobud şəkildə deyilsə, «yerimir».
Ehtimal ki, Rusiya İncirlik üzrə Türkiyə ilə sövdələşməyə başlamayacaq – artıq NATO-da gedən və ABŞ-ın yeni prezidenti Donald Tramp tərəfindən təshih edilə biləcək prosesləri gözləmək və təhlil etmək məntiqli olardı. Alyansın özünün durumunu isə daha çox böhranlı kimi səciyyələndirmək olar, çünki orada qüvvələrin yenidən qruplaşması və hakimiyyət uğrunda mübarizə başlanır. Və bu mübarizəni bir çox baxımdan ABŞ və Rusiya törədib. Hər biri özünə xas şəkildə.
Yəni ABŞ NATO və Brüsseldə diktə ilə təkəri əyib və sonuncunu Avropa ordusu yaratmaq ideyasına itələyib. Rusiya isə bəzi NATO dövlətlərinin «beyninə» çaxnaşma salıb. Buna görə də NATO-da müxtəlif güc mərkəzlərinin formalaşması baxımından onun yenidən bölünməsi istisna olunmur. Amma təkrar edirik: Tramp Oval kabinetdə bir müddət keçirəndən sonra mənzərə nisbətən aydınlaşacaq.
İndiki mərhələdə isə, yəni keçid dövründə durum bu cürdür: Poşla, keçmiş Baltikyanı respublikalar, Skandinav ölkələri ABŞ-dan qopmağa qorxub, onun yan-yörəsində qruplaşır və Rusiya hərbi təhlükəsi haqda tezisi fırladır. Bolqarıstan və Rumıniya müəyyən qədər çaşqınlıqdadır və çox ehtimal ki, Köhnə Avropanın deyil, ABŞ-ın, xüsusən də öz növbəsində Avropa təhlükəsizliyinin təminatına hədəflənmiş Fransa və Almaniyanın NATO uzantısıdır. ABŞ-ın NATO üzrə ənənəvi müttəfiqi Böyük Britaniya isə, ehtimal ki, gözləmə mövqeyi tutacaq – Brexit onu güclü şəkildə haldan salıb.
Bax, Türkiyə isə Rusiya və Qərblə yeni münasibətlər, bütünlükdə Suriya və Yaxın Şərqdə durum işığında NATO-da bütün kartları qarışdıra bilər. Gördüyümüz kimi, o, qapazaltı uşaq roluna razı deyil, NATO-da güc mərkəzi roluna qədər isə yüksəltmirlər. Lakin baş tutmamış dövlət çevrilişi cəhdi və yaxud imitasiyasından sonra Ankara təkcə öz ərazisində dövlət və digər müəssisələrdə təmizliyi deyil, Türkiyə hüdudlarından kənarda NATO-dakı zabitlərini də «dincəlməyə» göndərməyi özünə rəva bilib.
Bir sözlə, Türkiyədən hər şey gözləmək olar… (strateq.az)