Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
22:03 | 26 yanvar 2017 | Cümə axşamı
Məqaləyə 1012 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ABŞ prezidenti Donald Tramp Suriyada təhlükəsizlik zonalarının yaradılmasına dair tapşırıq verərkən Moskva ilə məsləhətləşməyib.
«Vaşinqton bu məsələdə Moskva ilə heç bir məsləhətləşmələr aparmayıb, bu, onların suveren qərarıdır»-Peskov deyib. Kreml sözçüsünün bildirdiyin görə, ABŞ bu qərarla bağlı bütün mümkün nəticələri ölçüb-biçməlidir. Çünki belə zonaların yaradılması qaçqınların vəziyyətini daha da pisləşdirə bilər.
***
12:38
Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp Suriyada təhlükəsizlik zonalarını yaradılmasına və münaqişə nəticəsində evlərini tərk edən insanların orada yerləşdirilməsinə dair planın işlənib hazırlanması üçün Dövlət Departamentinə, Pentaqona tapşırıq verilib. Planın hazırlanması üçün 90 gün müddət nəzərdə tutulur. Sənəddə deyilir ki, həmin təhlükəsizlik zonalarında yerləşdirilən suriyalılar repatriasiya, yaxud üçüncü ölkəyə yerləşdirilməklə bağlı prosedurların rəsmiləşdirilməsinin başa çatmasına qədər gözləyə bilərlər. Məqsəd Suriyadan ABŞ-a potensial qaçqın axınının qarşısının alınmasıdır.
Habelə Donald Tramp ABŞ-a mühacir qəbulunun 120 günlüyə dayandırılmasını, Suriyadan isə qaçqınların qəbulunun ümumiyyətlə dayandırılmasını təklif edir. ABŞ prezidentinin bu sərəncamı həm ekspertlərdə, həm hazırda Suriyada əsas aktyor olan Rusiyada çaşqınlıq yaradıb. Axı Suriyada təhlükəsizlik zonalarının yaradılması üçün ABŞ-ın bu münaqişəyə daha yaxından cəlb olunması tələb ediləcək. Təhlükəsizlik zonalarını yaratmaq üçün həmin bölgədə uçuşa qadağan zonası tətbiq olunmalı, qurudan mühafizə təşkil edilməlidir.
Həmin ideya Suriya münaqişəsinin ilk illərində Barak Obama administrasiyasında müzakirə olunub. Lakin mümkün riskləri və Birləşmiş Ştatların Suriya münaqişəsinə daha yaxından cəlb olunacağının qaçılmaz olduğunu nəzərə alaraq planın həyata keçirilməsinə başlamayıblar. Hazırda ABŞ-ın Suriya münaqişəsində iştirakı məhdud xarakter daşıyır. Birləşmiş Ştatlar beynəlxalq koalisiyanın tərkibində Suriyada İŞİD hədəflərinə ara-sıra hava zərbələri endirir. Suriyanın hava məkanına nəzarət Rusiyanın əlindədir, habelə Rusiya bu ölkədə hərbi iştirakını xeyli gücləndirib və quru əməliyyatlarına özünün muzdlu silahlı birləşmələri və xüsusi təyinatlı qüvvələri ilə cəlb olunub.
Bu baxımdan ABŞ Suriyada qaçqınlar üçün təhlükəsizlik zonaları yaratmaq istəyirsə hökmən uçuşa qadağan zonalar yaratmalı, quru müdaxiləsini həyata keçirməlidir. Belə müdaxilə isə Rusiyanın Suriyadakı kursuna qətiyyən uyğun gəlmir. Ona görə də Trampı «Putinin adamı» hesab edənlər indi çaş-baş qalıblar və ABŞ prezidentinin bu qərarını xoşagəlməz sürpriz hesab edirlər.
Rusiyanı Yaxın Şərq və Mərkəzi Asiya araşdırmalar mərkəzinin direktoru Semyon Baqdasarov deyir ki, Donald Trampın təklif etdiyi təhlükəsizlik zonaları Rusiya aviasiyasının Suriyadan sıxışdırılıb çıxarılması deməkdir. «Bu, bizim Trampın hakimiyyətə gəlişindən sevinən böyük optimistlərimizə cavabdır. Təhlükəsizlik zonalarında bizim aviasiyanın işini qadağan edəcəklər, məlum məsələdir ki, qanunsuz olaraq. Və Suriya aviasiyasını da o cümlədən»-Baqdasarov deyib. Hələlik Trampın planına Rusiya rəsmilərinin reaksiyası yoxdur.