Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:16 | 17 fevral 2017 | Cümə
Məqaləyə 1038 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri düzəltmək istədiyini bildirib. Strateq.az TASS-a istinadla xəbər verir ki, Ağ Evdə keçirdiyi mətbuat konfransında o, bunun Amerikanın və bütün dünyanın maraqlarına cavab verdiyinə əminliyini ifadə edib.
Jurnalistlərin suallarını cavablandıran D.Tramp deyib ki, Rusiyaya qarşı sərt mövqe nümayiş etdirmək onun üçün daha asan olardı, lakin şüurlu şəkildə bunu etmək istəmir.
«Mən Amerika xalqı üçün düzgün olanı etmək istəyirəm. Və sözün düzü, həm də ikincisi, bu, bütün dünya üçün də doğru olar».
D.Tramp xatırladıb ki, ABŞ və Rusiya iki qüdrətli nüvə dövlətidir, «nüvə Holokostu isə heç nə ilə müqayisə edilə bilməz». Buna görə də ABŞ və Rusiyanın öz aralarında münasibətləri nizama salması pis yox, yaxşıdır.
«Özümü siyasətçi adlandırıram, yəqin ki, məhz belədir», – deyən D.Trampın fikrincə, ola bilsin ki, onunla anlaşmaq V.Putinə hörmət qazandırmır. «Bununla belə, Rusiya ilə münasibətləri sahmana salmağa cəhd göstərəcəyəm».
Çoxsaylı jurnalistlərin suallarını cavablandıran D.Trampa ABŞ sahillərində Rusiya kəşfiyyat gəmisinin peyda olması barədə sual verilib. Prezident təxribatların yaxşı əlamət olmadığını billdirib. O xatırladıb: «Mən heç vaxt hərbi cavablar barədə açıq danışmıram».
ABŞ prezidenti Maykl Flinnin istefa verməyə məcbur etdiyini etiraf edib.
Ağ Evdən informasiya sızmaları barədə suala cavab verərkən D.Tramp bildirib ki, bununla bağlı Ədliyyə Nazirliyi və hüquq-mühafizə orqanlarına lazımi göstəriş verib. "Mən Şimali Koreya və Yaxın Şərq problemləri ilə məşğul olanda necə olacaq? Hər şey mətbuata sızacaq və dərc olunacaq?"
Prezident yenidən medianı saxta məlumatlar dərc etməkdə ittihamlayıb. O, «The New York Times» və «The Washington Post», habelə CNN və BBC-nin ünvanına tənqidlər söyləyib.
«Administrasiyanın işində heç bir xaos yoxdur, əksinə, o, saz maşın kimi işləyir», – deyə D.Tramp öz hökuməti barədə iddialara cavab verib.