Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:07 | 22 fevral 2017 | Çərşənbə
Məqaləyə 1521 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Amerika KİV-inin 90 faizdən çoxu Trampa qarşıdır. Bəs bu KİV-ləri «Amerika xalqının düşməni» adlandırmaq nəyə lazım idi? Ehtimal ki, onlar da Trampı impiçmentə qədər aparacaq. Və artıq Trampın Moskvaya münasibətdə heç bir təmkinli-tənqidi bəyanatının («Obama zəif idi və Krımı Rusiyaya verdi, mən isə buna yol verməzdim. Amma mən hər şeyi qaydaya salacağam!») ona xeyri olmayacaq.
20-dən çox aparıcı qəzet və jurnal («Washington Post», «New-York Times», «Time», «Newsweek»…) Trampın Putinlə dərin münasibətinin və Trampın başqa çirkin işlərinin araşdırılması ilə ciddi şəkildə məşğul olur. «Moskva ilə xeyirxah münasibətləri bərpa etmək lazımdır, Tramp haqlıdır!» tipli məqalələr dərc edən bir neçə qəzet isə (məsələn, «Washington Times») cüzamlı rolunda görünmək riskindədir ("Həşarat, hələ de görüm, sənə nə qədər verilib?")
Sağlam düşüncəli respublikaçılar (sağlam mühafizəkarlar) daxil olmaqla Konqres üzvlərinin tam 60 faizi Trampa qarşı köklənib. Hətta Trampın «avtoritar tendensiyaları» Konqresdəki respublikaçılara da heç xoş gəlmir və və onun «impiçmentə cığırı» getdikcə hamar olur. Hakim və vəkillər, həmçinin əsas ştat və şəhərlərin qubernator və merlərinin Trampı heç sevmədiklərindən artıq yazmışam. ABŞ biznes elitasının önəmli hissəsi – xüsusən də xarici ticarətlə bağlı olanlar da Trampa qarşıdırlar.
Dəlisov Tramp «U.S. Intelligence Community» (ABŞ kəşfiyyat xidmətləri cəmiyyəti) ilə də münasibətləri korlamağı bacarıb, bu isə olduqca nüfuzlu qurumdur. Və hazırda məhz kəşfiyyat xidmətləri – aparıcı KİV-lərlə paralel şəkildə – Trampın bütün əməllərinin araşdırılması ilə məşğuldur. Hələ bir qrup psixiatr – «NY Times» vasitəsilə – 45 il əvvəlki «Qolduoter qaydası»nı pozaraq Trampı müayinə etmək təklifi verib.
Deyəsən, Tramp ətrafındakı dairə, demək olar, qapanıb və getdikcə daha daralır və sərtləşir. Trampın sanki Putini ittiham edən bəyanatlarına heç kim inanmır.
Bəs Trampın yerinə kim gələcək?
ABŞ-ın əsas KİV-ləri son bir neçə gündə tez-tez müdafiə naziri Mettis və vitse-prezident Pensin adını, onların ağıllı davranışını və Münhen konfransındakı sərt antiputin ritorikasını xatırladır. Bir neçə əsas senatorun – Trampın «düşmənləri» və Putinin köhnə «qeyri-dostları»nın – Makkeyn, Qrem və Rubionun adları da sıx-sıx hallanır. Anlamaq asandır ki, «ehtiyat rəhbər dəstə» hazırdır, Konqres və KİV-də isə ona dəstək təmin olunub.
Putin agenturasının ləğvi
Bəli, proses işə düşüb. Lakin lap başlanğıcdadır. 17 il ərzində toplanmış bu agenturanın kökünü kəsmək üçün güclü səylər tələb olunur.
Və əlbəttə, ən başlıcası: son bir neçə ay, xüsusən də son bir neçə gün aydın şəkildə göstərib ki, ABŞ isteblişmentinin böyük əksəriyyəti – ən azı, 90 faizi – Putin və Ко-a qəddarcasına nifrət edir. Məhz bu cür – qəddarcasına nifrət edir.
Putin və Ко-a qarşı ədavət, artıq indi isə nifrət burada, ən azı, 10 il müddətinə – 2007-ci ilin fevralındakı məşhur «Münhen nitqi»ndən başlanaraq yığılıb.
İstənilən halda Putin agenturasının ləğvi – Ağ Evin özündə (lərzəyə gəl, Stiv Bennon!), bütün Vaşinqtonda (Tillerson necə olacaq?), Nyu-Yorkda, Floridada və bütün ölkədə – indi-indi başlanır.