
“Azərbaycan icazə verməz”
Gürcüstan Ermənistana taxıl daşınmasının qarşısını alırmı?
Gürcüstan Ermənistana taxıl daşınmasının qarşısını alırmı?
Abxaziya dəmir yolunun açılması məsələsi gündəmdən çıxıb
Saakaşvili Ukraynaya qayıdacağına söz verdi
Vladimirə beyin silkələnməsi diaqnozu qoyulub
Mixail Saakaşvili: «... yenə qayıdıb missiyamı başa çatdıracam»
Oğlunun həbsindən sonra ...
Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdilər
Zərdüşt Əlizadə: «Ukraynanın daxili işlər nazirinin oğru olması sübut olunub»
Kiyevdə etirazçılar çadırlar qurur
Sərkisyan Qarabağa və digər yerlərə iki döyüş vertolyotunun müşayiəti ilə uçub
Gürcü nazir İrəvanla Tiflis arasına yaşanan söz-söhbətə cavab verdi
Seyran Ohanyan hakimiyyəti hədələdi
Samvel Babayanın həbsinin dumanlı məqamları
Keçmiş «müdafiə naziri»i hakimiyyəti hədələdi
Qeyri-qanuni yollarla əldə edilmiş «İqla» zenit-raket kompleksinin köməyi ilə Ermənistanda yüksək vəzifəli şəxslərin olduğu vertolyotu vuraraq partlatmaq planlaşdırılıbmış. Virtualaz.org xəbər verir ki, bu məlumatı «Haykakan jamanak» erməni qəzeti yayıb.
Siyasi və hüquq-mühafizə orqanları dairələrində dolaşan məlumatlara görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əlində olan səs yazılarına görə, Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan «İqla» ZRK-nin alınması və Ermənistana çatdırılması ilə bağlı danışıqlar aparıb.
Qəzet yazır ki, MTX-nin məlumatlarına əsasən, zenit-raket kompleksinin köməyi ilə Ermənistan prezidentinin və digər yüksək vəzifəli şəxslərin olduğu vertolyota zərbənin endirilməsi bəzərdə tutulubmuş.
Xatırladaq ki, srağagün S.Babayan İrəvanda Gürcüstandan ölkəyə «İqla» ZRK-nin çatdırılması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Yerli KİV ehtimal edir ki, S.Babayan Ermənistanın iki keçmiş və hazırki prezidentlərinə qarşı cinayətkar əməllər planlaşdıran silahlı qruplaşma yaradılmasında ittiham oluna bilər.