vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 24 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
Ərəfatı şorba ilə zəhərləyiblər 22:40 | 18 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 2318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərəfatı şorba ilə zəhərləyiblər

«O, qaşığı ataraq hamama qaçdı»

anspress.com

Fələstin Milli Muxtariyyətinin banisi və birinci başçısı Yasir Ərəfatın dul qadını bildirib ki, onun ərini yaxınlarından biri şorba ilə zəhərləyib.Ərəb mətbuatının məlumatına görə, Suha Ərəfat bunu Misir telekanalına müsahibəsində söyləyib.

Suha Ərəfat mərhum ərinin qalıqlarının ekspertizasını keçirməyə inad edib və İsveçrə alimləri onun nümunələrində radioaktiv polonium-210 elementi tapıblar. Bu nəticə indiki Fələstin hakimiyyətinə Ərəfatın ölümünün «qeyri-təbii yolla» olduğunu deməyə imkan verib. 
«Zəhəri şorbaya qoymuşdular. Əbu Əmmar (yəni Ərafat) birinci qaşığı udandan sonra onu sanki cərəyən vurdu… Qaşığı ataraq hamam otağına qaçdı», - deyə Suha Ərəfat Misirin «DreamTV» telekanalına bildirib.