Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:05 | 10 aprel 2017 | Bazar ertəsi
Məqaləyə 1677 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Suriyanın Şayrat aviabazasına endirdiyi raket zərbələrinə görə ABŞ və Rusiya toqquşmanın bir addımlığında olub. APA-nın verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani deyib.
H. Ruhaninin sözlərinə görə, hava zərbələrini endirmək üçün ABŞ-ın gətirdiyi bəhanə əsassız olub: ««Qaz yayılıb, nəticədə insanlar ölüb. Biz məsələnin detallarını öyrənmək üçün beynəlxalq komissiyanın yaradılmasını təklif etdik. Fikrimizcə, məsələni araşdırmaq çətin deyildi. Məlum olsa ki, qazı terrorçular yayıb, ABŞ nə edəcək? Əgər terrorçular anlasa ki, hər dəfə qaz yaymaqla, ABŞ onları dəstəkləyəcək, o zaman bölgənin taleyi necə olacaq? Rusiya rəsmiləri mənimlə danışıqlarda bildirirdilər ki, raket zərbələrinə görə ABŞ-la münaqişənin bir addımlığında olublar».
İran prezidenti həmçinin bildirib ki, ABŞ endirdiyi hava zərbələri danışıqlar prosesinə zərər vurub. Onun fikrincə, Suriya münaqişəsinin həlli ancaq siyasi yolla mümkündür: «Yekun qərar siyasi olmalıdır. Fikrimizcə, sülh danışıqları irəliləməlidir ki, biz Suriyadakı böhranın yekun həllinə yaxınlaşaq. ABŞ-ın etdiyi isə danışıqlar prosesinə zərər vurub».
H.Ruhani ABŞ prezidenti Donald Trampın hava zərbələr ilə bağlı qərarını pisləyib və təkrar aviazərbələrin bölgədə vəziyyəti çətinləşdirəcəyini deyib.
Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.
Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb.