Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:33 | 12 aprel 2017 | Çərşənbə
Məqaləyə 1651 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Reks Tillersonla görüşü keçirilir. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, görüşün yalnız protokol hissəsi mediaya açıq olub.
S.Lavrov ABŞ dövlət katibi ilə görüşdə beynəlxalq məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyini söyləyib. Rusiya XİN başçısı ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahatlığını bir daha dilə gətirib: «Ümid edirik ki, bu cür hallar bir daha təkrarlanmayacaq. Hesab edirəm ki, səfəriniz mühüm əhəmiyyət daşıyır. Moskva üçün Tramp administrasiyasının real niyyətini anlamaq olduqca vacibdir».
S.Lavrov Rusiyanın hər zaman dialoq tərəfdarı olduğunu vurğulayıb: «Biz hər zaman kollektiv fəaliyyətin tərəfdarıyıq. Mövqeyimiz dəfələrlə amerikalı həmkarlarımızın diqqətinə çatdırılıb. Bizim üçün sizin mövqeyinizi, ABŞ-ın mövqeyini, administrasiyanızın real niyyətini anlamaq vacibdir. Ümid edirik ki, bu gün bu yolda irəliyə gedəcəyik».
R.Tillerson isə rəsmi Vaşinqtonun Rusiya ilə əlaqələrin saxlanılmasında maraqlı olduğunu söyləyib: "Biz sizinlə tez-tez telefon əlaqələri saxlayırıq. Vaşinqton bu xəttin açıq qalmasının tərəfdarıdır. Bu görüş bizim üçün olduqca vacib bir vaxtda keçirilir. Mövqelərimizi bir-birimizə izah etməyə çalışırıq. Məqsədimiz və vəzifəmiz ümumidir. Taktiki yanaşmalarımızın fərqli olmasına baxmayaraq maraqlarımız üst-üstə düşür. Ümid edirəm ki, bu görüş ölkələrimiz arasındakı münasibətləri müsbət istiqamətdə aparmaq üçün açıq dialoqa kömək edəcək».
Qeyd edək ki, Lavrov-Tillerson görüşündə Suriya münaqişəsi, Ukrayna və Şimali Koreya problemləri, o cümlədən Rusiya-ABŞ ikitərəfli münasibətləri müzakirə olunacaq. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.
***
Bu arada Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Donald Tramp dövründə iki ölkə arasındakı münasibətlərə qiymət verib.
APA-nın məlumatına görə, V.Putin «Mir» telekanalına müsahibəsində deyib ki, Donald Tramp dönəmində Rusiya ilə ABŞ arasında işgüzar səviyyədə, xüsusən hərbi səviyyədə etimad yaxşı olmayıb: «Hətta deqradasiyaya məruz qalıb».