Alyaska səmasında hərbi fəallıq artır
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
17:24 | 13 aprel 2017 | Cümə axşamı
Məqaləyə 1358 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Şimali Koreya tezliklə yeni və ən güclü nüvə sınağını keçirə bilər. Virtualaz.org xəbər verir ki, bu barədə «The New York Times» yazıb. Qəzetin yazdığına görə Şimali Koreya rejiminin yeni nüvə sınaqları keçirməyə hazırlaşdığı qənaətinə amerikalı ekspertlər peyk çəkilişlərini təhlil edərək gəliblər. Belə ki, Şimali Koreyanın Mantapsan dağlarında yüksək hərəkətlilik müşahidə olunur və Pxenyan bundan əvvəl yeraltı nüvə sınaqlarını həmin bölgdə keçirib. Bildirilir ki, bu, Şimali Koreyanın altıncı və «ola bilsin ən güclü» nüvə sınağı olacaq. Sınağın Şimali Koreya dövlətinin qurucusu Kem Er Senin anadan olmasının 105 illiyinə həsr olunacağı gözlənilir.
Bu məlumat ABŞ donanmasının «Carl Vinson» təyyarədaşıyanı başda olmaqla zərbə qruplaşmasının Şimali Koreya sahillərinə yaxınlaşdığı bir vaxtda yayılıb. ABŞ administrasiyası Şimali Koreya rejiminin yeni ballistik raket sınaqları keçirməyə hazırlaşmasına cavab olaraq bu addımı atıb. Gözlənilir ki, Pxenyan Avstraliya qitəsinə qədər çata bilən ballistik raketi sınaqdan keçirəcək.
ABŞ prezidenti Donald Tramp isə deyib ki, o, Çin lideri Si Tszinpinə zəng vuraraq Şimali Koreya rejiminə təzyiq göstərməyi xahiş edib. «Mən Si Tszinpindən xahiş etdim ki, Şimali Koreya rəhbərliyinə çatdırsın-ABŞ-ın təkcə təyyarədaşıyanları yox, atom sualtı qayıqları da var», - Tramp bildirib.
ABŞ prezidenti ilə Çin lideri arasında telefon danışıqları aprelin 11-də olub. Tramp deyib ki, telefon danışığı zamanı Pxenyanın nüvə silahına malik olmasına imkan verməməyin zəruriliyini çatdırıb. (Şimali Koreya artıq nüvə silahına malikdir.-red). «Hələlik onların belə silahı hədəfə çatdıracaq vasitələri yoxdur, ancaq onlar bunu əldə edəcəklər», - ABŞ prezidenti əlavə edib.
Bundan əvvəl Rusiya mənbələri xəbər yayıb ki, ABŞ-ın 154 «Tomoqavk» raketi ilə silahlanmış «Ohayo» atom sualtı qayığı Şimali Koreya sahillərindədir.
Bu arada «Reuters» xəbər verir ki, Şimali Koreya hakimiyyəti 200-ə yaxın xarici jurnalisti ölkəyə dəvət edib və onları «böyük və mühüm hadisəni işıqlandırmağa hazır olmağa» çağırıb. Detallar isə açıqlanmayıb.
Cənubi Koreya hökuməti isə bu gün aprelin 13-də deyib ki, Birləşmiş Ştatlar Pxenyana hər hansı qabaqlayıcı zərbə endirməmişdən onunla məsləhətləşməlidir. Cənubi Koreyanın xarici işlər naziri Yun Byung-se inandığını bildirib ki, Vaşinqton hər hansı hücumdanöncə Seulla məsləhətləşəcək. «Cənubi Koreya- ABŞ müttəfiqliyinə görə, Şimala qarşı hər hansı vacib addım Cənubi Koreya hökumətiylə məsləhətləşmələr çərçivəsində aparılır və belə də olacaq», – Yun parlament dinləmələrində söyləyib.
Gözlənilir ki, Sinqapur sahillərindən yola çıxan «Karl Vinson» təyyarədaşıyan qruplaşması ən geci şənbə gününə qədər Şimali Koreya sahillərinə çatacaq. Gəminin göyərtəsində 90-a qədər təyyarə var. Habelə təyyarədaşıyanı müşaiyət edən gəmilər raketlərlə silahlanıb.