
ABŞ-ın İranla nüvə danışıqlarında “qırmızı xətti”
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Təbəssümləri də saxtadır
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
İranda 700 bank zülmətə qərq oldu
Rusiya və ABŞ-ın münasibətləri «normal halına» – əvvəlki qarşıdurma məcrasına qayıdır. Dövlət katibi Tillersonun Moskvaya səfərindən bir həftə əvvəl hamı ümid edirdi ki, nəhayət yeni gündəlik üzərində iş və prezidentlərin görüşünə hazırlıq prosesi başlayacaq. Suriya mövzusu bu səfərin xarakterini dəyişdi: indi bu görüş Moskva və Vaşinqton arasında başlanmış kəskin böhranı yumşaltmaq cəhdinə çevrilib.
Trampla baş tutmamış yaxınlaşmanın yekunlarından hansı nəticələri çıxarmaq olar?
Birincisi, Vaşinqtonun daxili vəzifələri xarici vəzifələr üzərində qələbə çaldı. Bu, gözlənilmədən Trampın bəyan etdiyi prioritetlərlə tam üst-üstə düşdü. İctimai rəy prezident Trampdan ölkədaxili problemlərin həllinə köklənmək üçün xarici siyasətdə fəallığını azaldacağını gözləyirdi. Gündəlikdə duran daxili siyasi məsələləri reallaşdırmaqda çətinliklə üzləşmiş Tramp isə xarici siyasətdən öz administrasiyası ətrafında atmosferi yaxşılaşdırmaq üçün bir alət kimi istifadə etməyə qərar verdi.
Taktiki gediş doğru çıxdı – Suriyaya zərbə Vaşinqton dairələri tərəfindən geniş dəstək alan ilk addım oldu. Strateji baxımdan bu təhlükəlidir. Çünki Ağ Evin Suriya ilə bağlı heç bir fəaliyyət planı yoxdur. ABŞ orada nəyə nail olmaq istəyir, aydın deyil…
Mahiyyət baxımından Vaşinqton 2-3 il əvvəlki mövqeyinə qayıdır. Bu, Suriyadakı rejimin hökmən dəyişdirilməsi, qiyamçılara dəstək və s. Burada əsas motiv beynəlxalq strategiya yox, ABŞ-ın daxili vəziyyətini dəyişmək arzusudur.
İkincisi, Trampın hakimiyyətə gəlişi Moskvada belə bir ümid yaratmışdı ki, amerikan siyasətində kardinal dəyişiklilər ikitrəfəli münasibətlərdə dəyişikliklərə gətirəcək.
İndi bu illüziyalar itib. Bunun bir neçə səbəbi var. Ən mühüm olan ikisi budur:
Birinci: Rusiya ABŞ üçün əhəmiyyətli mövzu deyil. O, öz-özlülüyündə prioritet deyil, amma ABŞ üçün çox mühüm olan digər məsələlərin həlli üçün müşayiətçi alətə çevrilir.
Rusiyanın hazırda amerikan debatlarında qeyri-proporsional şəkildə böyük yer tutması Moskvada heç kimi aldatmamalıdır. Bu, onun mühümlüyünü göstərmir, əksinə məsələyə kifayət qədər ciddi və ehtiyatlı yanaşma olmasa, bu, Vaşinqtonda bir-biri ilə çəkişən maraq qruplarının siyasi «haqq-hesab çürütməsi» üçün istifadə oluna bilər.
İkinci səbəb isə onillərdir dəyişməyən faktordur: nüvə balansı ölkələri fiziki cəhətdən bir-birini qırmağa qoymur.
Üçüncüsü, Trampın özünü dəqiq şəkildə elan etdiyi qaydalara uyğun aparmasıdır. Onun seçki kampaniyası zamanı siyasi ritorikasının leytmotivi belə idi: «Bizə hörmət etməlidirlər! Əgər etməsələr məcbur edərik!»
Suriya bazasına zərbənin mənası o idi ki, ABŞ geopoliitk oyunda iştirak edir. Qarşıqlıq və uzaqlaşdırma dövrü bitdi: ruslar və digərləri bundan sonra özlərini meydanda ABŞ yoxmuş kimi apara bilməzlər.
Dördüncü, mövcud şərtlər daxilində güzəştlərin mənası yoxdur. Trampın yanaşması güc mövqeyini işə salmaqla saziş, Putinin yanaşması isə heç bir təzyiq olmadan razılaşmadır.
Bu risklidir və uzağagedən nəticələr verə bilər. Əgər təzyiqlər artmasa Rusiya hələ ki, böhranın kəskinləşməsinə köklənməyib. Amma Vaşinqtondan sızan informasiyaları təhlil etsək görürük ki, bu təzyiqlər artacaq. Bu zaman ümidləri birbaşa toqquşmadan qaçmaq istəyən hər iki tərəfin hərbi dairələrinin ağıllı və soyuqbaşlı yanaşmasına bağlamaq lazım gələcək. Nəzəri cəhətdən hesab etmək olar ki, daxildə mövqeyini möhkəmlətmək Trampa Rusiya ilə bağlı manevr etməkdə böyük məkan verəcək.
Amma ABŞ-da siyasi böhranın dərinliyi elədir ki, burada təkcə bir nümayişkaranə aksiya ilə kifayətlənə bilməzsən. Onu təkrarlamaq lazım gələcək. Vaşinqtonun zərbəsinə müttəfiqlərinin kollektiv dəstəyi və sevinci onu göstərir ki, bu dəstək Amerikanı belə aksiyaları təkrarlamağa vadar edəcək.