vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AKTUAL  
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru «Wikileaks»i suçladı 21:00 | 14 aprel 2017 | Cümə Məqaləyə 1408 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru «Wikileaks»i suçladı

Rusiya hərbi kəşfiyyatına kömək edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru «Wikileaks» saytını, onun qurucusunu «düşmənçilikdə» və Rusiya hərbi kəşfiyyatının ABŞ prezident seçkilərinə müdaxiləsi üçün vasitə olmaqda ittiham edib.

Mayk Pompeo (Mike Pompeo) bu bəyanatları aprelin 13-də Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində etdiyi çıxışında səsləndirib.

Pompeodan başqa, bir sıra ABŞ millət vəkilləri və siyasətçiləri də «Wikileaks» və onun banisi Julian Assanc barədə buna bənzər fikır irəli sürüblər.

Ötən il keçirilmiş ABŞ prezident seçkisi zamanı təşkilat Demokratik Partiyanın rəsmilərinə və onların prezidentliyə namizədi Hillari Klintona aid elektron məktubları sızdırıb.

ABŞ kəşfiyyat agentlikləri yanvar ayında bildirmişdilər ki, sözügedən haker müdaxiləsi Klintonun seçki kampaniyasına ziyan vurmaq və nəticədə Donald Trampın qələbəsinə kömək etmək məqsədi güdüb.

ABŞ rəsmiləri Rusiyanın hərbi kəşfiyyat - Baş Kəşfiyyat İdarəsini və ölkənin əsas təhlükəsizlik agentliyi olan Federal Təhlükəsizlik Xidmətini kibermüdaxilələrdə ittiham ediblər.

Tramp isə «Wikileaks»in müdaxilələrini şərh edərkən demişdi ki, o, Klintonun e-maillərinin sızdırılmasından məmnundur.