vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
«Hərkəs xəbərdar edilməli idi» 12:17 | 16 aprel 2017 | Bazar Məqaləyə 1316 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hərkəs xəbərdar edilməli idi»

Hadi Bahaduri Azərbaycanda baş verən daşqınlarla bağlı məsulların fəaliyətini tənqid etdi

Güney Azərbaycan Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bnahaduri Azərbaycanda baş verən daşqınlarla bağlı məsulların fəaliyətini tənqid etdi.

«Yol press»in yaydığı məlumata görə, millət vəkili yaydığı mətndə təbii fəlakətlə bağlı Azərbaycan əhalisinə başsağlığı verərək İran Milli Hidrometeorologiya (həvaşünasi) Təşkilatı və Teleradio Şirkətinin fəaliyyətini tənqid edib.

«Təəssüflər olsun ki, bu dəfə də sel Azərbaycanın ürəyini dağladı. Onlarla insan həyatını itirdi, bir neçə nəfər hələ də itkindir. Sel-daşqın suları Urmiyə, Sulduz, Azərşəhr, Üşnəviyyə, Əcəbşer və Təbriz şəhərlərini bürüdü, bölgə əhalisinə çoxlu ziyan dəydi. Mən təbii fəlakətdən zərər çəkən bütün ailələrə başsağlığı verir və Böhran Müdiriyyəti Təşkilatından var gücü ilə bölgə əhalisinə yardım etməyi gözləyirəm. Milli Hidrometeorologiya Təşkilatı isə hava şəraitinə dair vaxtında proqnoz verib və hərkəsi məlumatlandırmalı idi. Bu şəkildə itkilərin və dəyən ziyanın həcmini azaltmaq mümkün olardı. Baş verən hadisənin Teleradio Şirkəti və kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasını gözləyirəm», - deyə yayılan mətnin bir hissəsində qeyd olunub.