Növbə Kubaya çatdı?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
17:32 | 18 aprel 2017 | Çərşənbə axşamı
Məqaləyə 1441 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Kreml özünü Moskvanın Rusiya dövlət televiziyasında səslənən qızışdırıcı şərhdən kənar tutmağa çalışır. «Rossiya 1» kanalının aparıcısı Dmitry Kiselyov ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Indan daha təhlükəli olduğunu, hərəkətlərini proqnozlaşdırmağın mümkünsüzlüyünü söyləyib.
Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə deyib ki, Kiselyovun şərhləri çox vaxt Kremlin mövqeyi ilə üst-üstə düşsə də, bu, həmişə belə olmur. Rusiyada əksər dövlət media orqanlarının etdiyi kimi, Kiselyov, Tramp seçiləndən öncə və sonra onu tərifləyirdi. Amma aprelin 7-də Tramp Suriyada hava bazasını raket zərbəsiylə vurmaq göstərişi verəndən medianın da tonu dəyişib. Dövlət televiziyası və digər media şirkətləri ABŞ prezidentini indi daha çox tənqid edirlər.
Qeyd edək ki, ABŞ zərbələri Suriyada onlarla adamın ölümünə səbəb olmuş kimyəvi silah hücumuna cavab olaraq endirmişdi.Aprelin 16-da Şimali Koreyanın uğursuz raket sınağından bir neçə saat sonra Kiselyov deyib ki, Kim Tramp qədər qorxulu deyil, çünki danışıqlara hazırdır, digər ölkələrə hücum etməyib, ABŞ sahillərinə donanma göndərməyib.
«Bu iki şəxsiyyət – Donald Tramp və Kim Çen In arasındakı qarşıdurma üzündən müharibə başlana bilər. Hər ikisi təhlükəlidir, amma kim daha təhlükəlidir? Tramp», – Kiselyov «Vesti Nedeli» proqramında belə deyib. «Reuters» xəbər agentliyi yazır ki, Kiselyova Tramp haqda belə sərt ritorikadan istifadəyə icazə verilməsi faktı Kremlin qəzəbini göstərir. Axı, Moskva Tramp-ın ikitərəfli əlaqələri yaxşılaşdıracağını gözləyirdi.
Kiselyov izləyicilərinə sarkazmla deyib ki, Şimali Koreya liderinin qızı, Ivanka Tramp kimi atasının rəsmi iqamətgahında çalışmır.
Artıq bəzi rəy sorğuları da əsas xəbərləri televiziyalardan alan ictimaiyyətin Tramp-a münasibətinin dəyişdiyini göstərir. VTSİOM dövlət sorğu mərkəzinin bazar ertəsi açıqladığı nəticələrə görə, Trampa mənfi yanaşan rusiyalıların sayı bir ayın içində 37 faizdən 39-a qalxıb. Ona inamsızlıq və məyusluq hisslərinin də yüksəldiyi bildirilir.
«ABŞ-ın Suriyaya raket zərbəsi rusiyalıların çoxunun başına «soyuq su» tökdü», – sorğu mərkəzinin baş direktoru Valeri Fedorov agentliyə deyib.
«Reuters» yazır ki, 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsinə, Ukraynada separatçıları dəstəkləməsinə baxmayaraq, Moskva ABŞ prezidentlərini başqa ölkələrin işlərinə qarışmaqda suçlayır. Trump-a daha çox ümid bəslənsə də, ümidlər hələlik, gerçəkləşməyib. Amma bəzi rəsmilər Birləşmiş Ştatlarla əlaqələrin yaxşılaşdırmaq istədiklərini söyləyirlər. Çünki Ukraynaya görə qoyulmuş maliyyə sanksiyaların yumşaldılması indi Rusiyanın ən çox istədiyi şeydir.
Yenə də həmin rəsmilərin agentliyə bildirdiyinə görə, Kreml anlayır ki, proses daha da ağırlaşacaq və ilkin düşünüldüyündən uzun çəkəcək. Rusiya rəsmiləri Trampın siyasi mövqeyinin sələfi Barak Obamadan çox da fərqlənmədiyini, yaxud ondan daha sərt olmadığını da dilə gətirirlər.