Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:26 | 18 aprel 2017 | Çərşənbə axşamı
Məqaləyə 2244 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Qafqaz dağları Ermənistan prezidenti Serj Sərkisyanın təhlükəli hədələrinə görə yeni nüvə təhlükəsi ilə üzləşə bilər.
Modern.az xəbər verir k, bu barədə Ata Corc Buşun hakimiyyəti dövründə ədliyyə nazirliyində çalışmış Lloyd Qrin «Washington Post» qəzetində yazdığı məqalədə deyir.
«Ötən ilin payızında Ermənistan Rusiyadan «İsgəndər» raket kompleksləri aldı. Bu Azərbaycan və onun NATO-dakı müttəfiqi Türkiyəyə ciddi təxribatçı siqnal idi. Əslində bu, Moskvanın Yaxın Şərq və Avrasiyada raket kompleksləri yerləşdirərək Qərb maraqlarını hədəfə alma siyasətinin bir hissəsidir».
Qrinin fikrincə, ən böyük təhlükə həmin raketlərin nüvə başlığı daşıya bilməsindədir.
«Sanki, raketlərin mövcudluğu kifayət etmirmiş kimi, Serj Sərkisyan qanunsuz işğalda saxlanılan Qarabağ ərazilərinə gedərək onun hökumətinin müasir və dağıdıcı gücə malik olması idi öyündü. Ermənistanın qonşularını qorxutmaqla yanaşı, Sərkisyan Vaşinqtonun narahatlığına səbəb oldu», – deyə məqalədə yazılıb.
«Jamestown Foundation» Araşdırmalar Mərkəzi Kapitolidə Ermənistanın «İsgəndər» raketlərinə malik olması ilə bağlı diskussiya keçirmişdi. Müzakirələrdən çıxan nəticə yeni silahın «Avropanın stabilliyinə təhlükə törətdiyi, ABŞ-ın müttəfiqlərini çətin vəziyyətə saldığı və ola bilsin ki, 1988-ci ildə orta və yaxın mənzilli raketlər imzalanmış müqaviləni pozur».
«Və bu zaman Rusiya barədə suallar doğulur. Ermənistan Rusiyadan «İsgəndər» raketlərini alan yeganə dövlətdir. Niyə məhz Ermənistan? Ola bilsin ki, Azərbaycanda raketin hədəfi olacaq ən vacib infrastruktur Avropanın enerji təhlükəsizliyini təmin edən və Qərb, o cümlədən ABŞ şirkətlərinin idarəçiliyində olan firmalardır. Başqa bir variant, Rusiyanın Krımda atdığı addım kimi regionda nüfuzunu bərpa etmək cəhdi ilə bağlı ola bilər».