Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
21:55 | 25 aprel 2017 | Çərşənbə axşamı
Məqaləyə 2868 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
Qərbin nüfuzlu nəşrlərində Rusiyanın «Orta və kiçikmənzilli raketlərin ləğvi» haqqındakı müqaviləni pozmaq üçün cəhdlər etdiyi barədə həyəcanlı məlumatlar ildırım sürəti ilə yayılmaqdadır.
Qeyd edək ki, müqavilə 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. Müqaviləyə görə, uzaqlığı 500-5500 kilometrə qədər çatan raketlərin istifadəsi qadağan edilirdi.
Bu müqavilə silahsızlaşdırma prosesində böyük müvəffəqiyyət hesab olunurdu. Çünki faktiki olaraq nüvə döyüş başlıqları olan raketlərin böyük bir hissəsi aradan götürülmüşdü.
ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasının diplomatik səylərinə baxmayaraq, Rusiya bu müqaviləni nəinki icra etmədi, əksinə öz silahlarını daha da təkmilləşdirdi.
Amerika kəşfiyyatının bir çox sübutlarına baxmayaraq Rusiya onda qeyri-leqal raketlərin olduğunu təkzib edir. Maraqlıdır ki, bununla paralel olaraq da əzələ nümayişini davam etdirir.
Qərb isə hesab edir ki, orta və uzaqmənzilli raketlərin ləğvi haqqında müqaviləni pozmasına görə Rusiyaya qətiyyətli cavab verməyin vaxtıdır. Məqsəd isə budur ki, cavab tədbirləri ilə Rusiyanın strateji üstünlükləri neytrallaşsın.
Rusiyanın bu müqavilədən çıxması üçün qanuni imkanları var idi, amma o, bunu etməməyə qərar verib. ABŞ isə 2001-ci ildə raket əleyhinə müdafiə haqqında müqavilədən çıxdığını bəyan edib.
Kreml isə əvəzində bu müqaviləni gizli şəkildə pozmağı qərara aldı.
Bu fonda Amerikanın LRSO nüvə başlıqlı qanadlı raketləri yaratması Moskvanı daha da ayıq-sayıq olmağa vadar edir. Bunun nəticəsidir ki, Rusiya dünyada analoqu olmayan S-500 zenit-raket kompleksini hazırlayıb.
Bununla belə hərbi ekspertlər bildirir ki, LRSO Rusiyanın təkmilləşdirilmiş sistemlərinin öhdəsindən gəlməyə qadirdir.
ABŞ-ın «The Hill» nəşri yazıb ki, LRSO-lar bir neçə min kilometrdən Rusiyanın obyektlərini vurmaq imkanına malikdir. Sözsüz ki, Pentqon bu silahın qeyri-nüvə variantını da hazırlaya bilər.
ABŞ Rusiyaya xatırlatmalıdır ki, NATO həm də təhdidlərə qarşı potensiala malikdir və Rusiyanın qeyri-leqal qanadlı nüvə raketləri əleyhinə siyasi iradə nümayiş etdirən bir təşkilatdır-deyə «The Hill» yazıb.
Bununla belə o da göstərilib ki, Amerika ballistik raketlərini Rusiyaya yönləndirmək niyyətində deyil. Çünki bu Vaşinqtona baha başa gələr. Həm texniki mənada, həm də maddi mənada.
Həmçinin Pentaqon raketləri Rusiyaya tuşlayarsa, bu ABŞ-ın sabitliyi üçün təhlükə yaradar.