
Ukrayna müharibəsi poliqona dönüb
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Medvedevdən Qərbə hücum təhdidi
Kim kiminlədir və Azərbaycan haradadır?
“Axıra qədər müharibəyə hazırlaşır”
Açıq mənbə kodlu modellər böyük maraq doğurur
Çipin üstündəki gözlər
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Demokrat sələfinin 4 ildə etdiyini, Respublikaçı lider 5 ayda bacardı
“Patriot”lar, casus uçuşları və Trampın Putinə mesajı
Tramp: “ABŞ ödənişi alacaq”
Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır
Ukraynaya dəstək üçün “yumşaq əllər cibə” çağırışı
ABŞ prezidenti 92 milyard dollardan çox investisiya ediləcəyini açıqladı
Yaxud Tramp və Ukrayna labirinti
Statistik artım, real zəiflik – deflyasiyanın kölgəsində nikbin proqnozlar
Rusiyanın taktikasının qarşısını almaq üçün Avropa hərəkət etməlidir
ABŞ Rusiyaya qarşı heç bir izahat vermədən və detalları açıqlamadan yeni sərt sanksiyalar tətbiq edib. Rusiyanın Vaşinqtondakı səfirliyi bəyanat yayaraq sanksiyaların “əjdahasayağı olduğunu” bildirib.
“Avqustun 8-də bizim səfirliyin müşavirinə Dövlət Departamentində Rusiyanın Solsberidə Böyük Britaniya vətəndaşlarına qarşı “Noviçok” qazından istifadə etdiyi barədə uydurma bəhanələrlə yeni “əjdahasayağı” sanksiyaları elan ediblər. Hər hansı fakt və ya sübut təqdim edilməyib. Dəqiqləşdirici suala Amerika tərəfi məxfiliyi əsas gətirərək heç bir izahat verməyib”, - səfirliyin bəyanatında bildirilir.
Bundan əvvəl ABŞ Dövlət Departamenti elan edib ki, avqustun 22-dən etibarən Moskvaya qarşı Rusiyanın Solsberidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq yeni sanksiyalar qüvvəyə minəcək. Sanksiyaların detalları barədə açıqlama verilməyib. Amma xəbər verilir ki, qadağaların birinci mərhələsi Rusiyaya ikili təyinatlı malların təchizatına aiddir. 90 gün sonra qüvvəyə minəcək ikinci dalğada isə Rusiya aviaşirkətlərinin ABŞ-a uçuşlarının dayandırılması, Birləşmiş Ştatlardan Rusiyaya ixracın demək olar kəsilməsi nəzərdə tutulur.
ABŞ-ın qəfildən Rusiyaya qarşı yeni sərt sanksiyalar barədə qərarı elan etməsindən əvvəl bir qrup nüfuzlu senator Konqresə Moskvaya qarşı daha bir sanksiya paketinə dair qanun layihəsi təqdim etmişdilər. Bu qanun layihəsində Rusiyanın dövlət borclarının alınmasına qadağadan tutmuş bir sıra sərt məhdudiyyətlərə dair təkliflər yer alır.
ABŞ-ın yeni sanksiyaları barədə xəbərlər Rusiya rublunun məzənnəsinin kəskin aşağı düşməsinə səbəb olub. Dünən günün ikinci yarısından etibarən rubl çökməyə başlayıb və 2016-cı ilin payızından bəri ən aşağı məzənnəyə enib. Hazırda 1 ABŞ dolları birjalarda 65.2 rubla satılır. Bu, rublun bir gündə 2 bənd ucuzlaşması deməkdir. Gözlənilir ki, rublun çökməsi bu gün də davam edəcək.
Qeyd edək ki, ABŞ-ın sanksiyalarına görə digər qonşu ölkələrdə-İran və Türkiyədə də milli valyutaların sürətlə ucuzlaşması baş verir. ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağı haqda bu ilin aprelində xəbərlərin yayılmasından sonra rial sürətlə ucuzlaşmağa başladı. Avqustun 7-də ABŞ-ın sanksiyalarının rəsmən qüvvəyə minməsinə qədər İran milli valyutası iki dəfədən çox dəyərdən düşmüşdü.
Türkiyədə də ABŞ-la münasibətlərdə neçə vaxtdır yaşanan gərginliyə görə lirənin sürətlə ucuzlaşması baş verməkdədir. Bu gərginlik ölkədən kapital axınını sürətləndirib, invesotları yatırım qoymaqdan çəkindirib və iqtisadi göstəricilərin pisləşməsinə səbəb olub. Hazırda 1 ABŞ dolları 5.3 Türkiyə lirəsinə satılır, lirə az qala hər gün ucuzlaşır.