vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
21:22 | 8 fevral 2019 | Cümə Məqaləyə 219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD Vahan dəhlizində

ABŞ əsas silahını Çinə qarşı işə salır

Ərgün DİLƏR, “Takvim” (Türkiyə)

MÖVZU İLƏ ƏLAQƏLİ

Aminullah, Talibanla edilən bazarlıq və verilən 200 milyon dollar haqqında dünən yazmışdım.

İŞİD-in həqiqi lideri Aminullahdır. Bağdadi dekor üçün yaradılmış bir şəxsdir. Artıq lider azadlıqda olan Aminullahdır. MKİ, özü də elə-belə deyil, bütün gücü ilə bu şəxsin arxasındadır. Bütün imkanlar onun ətrafına toplanıb və komandası ilə səhnəyə çıxıb. O, səhnədə olmağa davam edəcək. Hamı onun həyata keçirdiyi əməliyyatlar haqqında danışacaq. Bunlar MKİ-nin ağlından keçənlərdir. Ola bilərmi, olmazmı, baxıb görəcəyik. Mən sizə planları çatdırıram. Yaşayıb görəcəyik.

Aminullahı çox yaxşı tanısaq da, haqqında bilmədiyimiz şeylər də var. Bizim tərəflərdə, xüsusilə mediada başı kifayət qədər işləməyən çox adam var. Lakin media bunları yaşadır. Qəribədir, ancaq yaşadır. Onlar da yaxşı oxusunlar.

“Dərin Amerika” ilə Çin arasında gedən müharibə haqqında çoxdandır yazıram. Çin demək – İngiltərə, Rotşild ailəsi və bu ailəyə dəstək verən köklü ailələr deməkdir. Bilmirik, bilmədiyimiz üçün də onları anlamaqda və anlatmaqda çətinlik çəkirik.

Bu məsələni bir az açaq.

Vaşinqton silahla yeni bir dünya qurmaq niyyətindədir. Tramp buna etiraz etdi. Ona görə də ətrafı budandı. Artıq o da bir hərəkət zolağı daxilinə salınıb. Aylardır buna qarşı strategiya işləyib hazırlamaq istəyənlər də vaz keçdi. Böyük dövlətlər geri addım atdı. Növbə Çindədir.

“Dərin Amerika” bir çox yerdə istədiyini alır və ya almağa yaxındır. Lakin əsil önəmli olan Çindir. Buna görə də Çin mütləq şəkildə neytrallaşdırılmalıdır.

Xalqının rifah səviyyəsinin yüksəlmədiyi, lakin dövlətin davamlı olaraq gücləndiyi Çin də ona qarşı başladılan əməliyyatı başa düşür.

ABŞ-ın böyük fədakarlıq edərək, həftələrlə davam edən danışıqlar nəticəsində Talibandan aldığı Aminullah, yeni dövrdə İŞİD-in Çindəki ən böyük gücü olacaq. Vahan dəhlizi, yəni Pakistanla Əfqanıstan sərhəddində olan 350 km-lik bu dəhliz Çin üçün böyük təhlükədir. Çünki yolun sonunda Çin var. Vahan dəhlizi ilə yeni bir təsir gücü yaradılmasını planlaşdıran ABŞ, İŞİD-in buradan Çinə çatmasını təmin edəcək. Bunun ardınca ABŞ-ın 40 illik planı təkrar həyata keçirilmək istənəcək.

Bu günədək həyata keçirilməsi mümkün olmayan Bəlucistanda oyuncaq bir dövlət qurulması üçün lazım olan addımlar da atılıb. Bəlucistanda Amerika qanunlarına bağlı bir dövlət qurulduğu anda Vaşinqtonun İran planı da sürətlənəcək. Çünki keçmişdə İran sərhədləri daxilində olan, ancaq hazırda Pakistana bağlı olan Bəlucistanın (bir hissəsi İran, digər hissəsi isə Pakistan daxilindədir – red.) altı neft yataqları ilə doludur. Çin də bu bölgədəki neft üçün ötən il çox önəmli işlər aparıb. Lakin İŞİD ötən il 8 önəmli çinlini Bəlucistanda girov götürüb. Onlar hələ də İŞİD-in əlindədirlər. Bir neçə gün öncə Çin dövlətinin çox önəmli bir neçə üzvü də Bəlucistanda İŞİD tərəfindən qaçırılıb.

Baxın, bunlar haqqında yazılır, ilk dəfə mənim yazdığım şeylər deyil. Sadəcə buralarda (yəni, Türkiyədə – red.) kimsə bunları oxumur. Anlamadığım da budur.

Lakin biz davam edək. Çinliləri qaçıran “İŞİD-çi terrorçular”, əlbəttə, MKİ-nin agentləridir. Sadəcə olaraq İŞİD-çi görkəmindədirlər. Bunu Çin də, Pakistan da, İran da bilir. Aminullaha verilən ən böyük tapşırıq, əgər bacararsa, bizi (yəni, Türkiyəni – red.) də işin içinə qatmaqdır.

Aminullah və komandası uyğurlar vasitəsilə Çini qarışdırmağa hazırdır. Bu, dəqiqdir. ABŞ da müsəlman uyğurlar vasitəsilə başladacağı üsyanla bölgəni də, onun sabitliyini də alt-üst edəcək. Plan budur.

Müvəffəq olarlarsa, nəticə etibarilə “dərin Amerika” çox önə keçər, hətta sıçrayar. Bu da dəqiqdir. Çünki “Yeni İpək Yolu” üçün Çinlə yaxınlaşan İngiltərə və Türkiyə, planlaşdırılan İŞİD və uyğur əməliyyatı ilə birlikdə, bir anda geri çəkilməyə məcbur olacaq.

Baxın, Çin Kommunist Partiyasının Şərqi Türküstan təmsilçisi Çjan Çunsyan deyib: “Şərqi Türküstanda İŞİD səsləri eşidirik. Böyük ehtimalla, keçmiş hərbçilərdən təşkil olunmuş bir qrupun verdiyi təlimləri tamamlayan İŞİD Şərqi Türküstana keçib”.

İndi bizə, bizim Aminullahı tanımağımıza gələk.

2016-cı ilin sonu, yeni il gecəsi (2017-ci ilin ilk saatları) baş verən qanlı basqını xatırlayırsınızmı? Əlbəttə, xatırlayırsınız. Bəs, qatil Əbdülqadir Maşaripovu necə? Bax, onu da xatırlayırsınız. Necə unuda bilərik ki?

Kabus kimi bir gecə idi. Məsum insanlar, yeni ili qeyd etməyə gələn insanlar qətl edildi. Vəhşicəsinə… Bax, həmin o qatil Maşaripov 200 milyon dollara satın alınaraq sərbəst buraxılan Aminullahın ən çox etibar etdiyi şəxs idi.

Uşaqlıq illərindən bəri Aminullahla yaxın olan Maşaripovun bağlı olduğu İŞİD hücrəsində 7 çinli, 3 də uyğur vardı. Biz həmin gün, hadisə çox isti ikən yazdıq ki, “bu, İngiltərə və Türkiyəyə Çinlə yaxınlaşmamaq” mesajıdır. Anlamayan çox oldu. Hələ də anladıqlarını sanmıram, lakin edəcək bir şey də yoxdur. Həqiqət bu idi.

“Reina” basqını Kraliça ilə əlaqədar idi. O gün də, bu gün də yanılan, hədəfə vura bilməyən çox oldu. Nə isə…

İndi bu qrup, Maşaripov istisna olmaqla, Aminullahın yanındadır və Çin əməliyyatı üçün gözləyirlər.

“Reina” basqınından qısa bir müddət öncə Çin Xarici işlər naziri Vanqın dediyi “Çinlə Türkiyə terrorla mübarizə sahəsində əməkdaşlıq edəcək. Sadəcə terrorla mübarizə deyil, tarixin ən önəmli anlaşmaları olacaq. Çin Türkiyənin “qara gün” dostudur” sözləri bunu bilənlər üçün yaddaşlarda təzə idi.

Bu yaxınlaşma “dərin Amerika”nı narahat edirdi. Hava Hücumundan Müdafiə sistemi almaq və birgə istehsal etmək üçün Çinlə bir addım atdıq, ardınca Kobani hadisələri baş verdi. Onlarla vətəndaşımızı itirdik. Terrorla mübarizədə Çinlə əməkdaşlıq etmək, mahiyyətcə, ABŞ-a qarşı addım atmaq demək idi. Vaşinqton bunu anladı və təlim keçdiyi adamını “Reina”ya yolladı. Bununla “Türkiyə Çinlə yaxın ola bilməz” deyilirdi.

Verilən mesaj oyunqurucu olan İngiltərəni də birbaşa hədəf seçirdi. Çünki üç böyük oyunçunun, yəni Türkiyə, İngiltərə və Çinin yaxınlaşmasını önləmək istəyirdilər. Terrorun hədəfi bu idi, bunun üçün təşkil edildi. Ona görə də, terror basqınından sonra ABŞ-Türkiyə münasibətləri əməlli-başlı gərginləşdi.

Hazırda Kabildəki ABŞ hərbi hava bazasına günlərdir yük təyyarələri enir. ABŞ yük təyyarələrinin gətirdiyi müasir silahlar Kabildə nə üçün istifadə ediləcək? ABŞ hərbçilərinin istifadə etdiyi silah və texnologiyaya əlavə olaraq dəstək verməyə ehtiyac yoxdur.

Bəli, təəccüblənmək lazım deyil, o silahların hamısı Aminullahın komandasına təslim edilib. Heç bir terror təşkilatı İŞİD qədər ABŞ dəstəyi görməyib. İŞİD-in əlindəki silahların 71%-i M16, yerdə qalanı isə ABŞ qüvvələrinin ruslardan aldığı köhnə AK 47-dir. ABŞ ordusunun standart silahı olan M16 İŞİD-in də standart silahı olub.

Bir çox məsələ ilə bağlı Vaşinqtonla ortaq qərar alan Londonun Çinlə əlaqədar bir çox qərara da qarşı çıxdığını daha öncə gördük. Təqribən iki həftə öncə Yaponiyadakı idarə olunan raketlərlə təchiz olunmuş yüksək sürətli “USS McCampbell” döyüş gəmisilə İngiltərə Kral donanmasına aid “HMS Argyll” gəmisi Cənubi Çin dənizində hərbi təlim keçirdi. Bu durum Çində narahatlığa səbəb ola bilərdi, ancaq ingilislər Pekinə məlumat vermişdilər. Yəni, şərtlər necə olursa-olsun, İngiltərə Çinlə ABŞ kimi qarşı-qarşıya gəlməyəcək. Çünki Londonun Pekinlə əlaqəsi bir neçə illik deyil. Ona görə də Vaşinqton bu məsələ ilə bağlı Londonu sıxışdırmağa davam etsə də, 100% məqsədinə nail ola bilməyəcək.

Vahan dəhlizi və Bəlucistan “Yeni İpək Yolu” üçün də önəmlidir. İndi bu iki bölgə ABŞ-ın planları yönündə Vaşinqtona yaxınlaşır. Çin üçün bu bölgə minalı tarla deməkdir. Bəlucistandakı neft yataqları Çin üçün çox önəmli idi. Bu planın da pozulduğu ortadadır.

Çinin ABŞ qarşısında səssiz qalmamağa məcbur olması, əslində, dünyanın gələcəyi üçün risk təşkil edir. Çünki Çinin neft yollarını bağlamaq həyat suyunu onun əlindən almaq kimi bir şeydir. Bu üzdən, Əfqanıstan və Pakistanda baş verən bütün hadisə və proseslərin mərkəzində ABŞ-la Çinin bir-biri ilə haqq-hesab çəkməsi yatır.

Təbii, ABŞ da Çinin səssizcə təslim olmayacağını bilir. Ona görə də, bu döyüş böyüyəcək. Hər bir həmlə içinə hədəf ölkələr qatılaraq ediləcək. Gedən döyüş budur. Kənarda qalmaq mümkün deyil.

Terror olacaqmı? Onsuz da olmadan olmur. Yenə görəcəyik.

Hücrələr oyandı…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *