ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
15:19 | 10 iyul 2019 | Çərşənbə
Məqaləyə 1732 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Amerikanın dövlət katibi Mayk Pompeo iyulun 8-də Vaşinqtonda keçirilən “Xristianların İsrail üçün birliyi” (CUFİ) konfransında çıxış edərək İranın beynəlxalq terrorizmə dəstəyindən və bu ölkənin islam respublikasına qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.
O bildirib ki, Amerikanın İran rejiminə qoyduğu geniş sanksiyalar nəticəsində artıq rəsmi Tehran müttəfiqi olan terror qruplaşmalarına pul çatdıra bilmir: “Biz, İrana qarşı təzyiqi gücləndirmişik və bunu davam etdirəcəyik. Həmin təzyiqlərin nəticəsidir ki, bu gün “Həmas” və “Hizbullah” kimi terror qrupları artıq İrandan pul ala bilmirlər. Çünki biz İranın terrora sərf etdiyi pulları kəsmişik. Bizim İranla işimiz hələ qurtarmayıb.
İran İslam Respublikası terrorizmə dəstək verməklə yanaşı ölkə daxilində digər dinlərlə düşmənçilik edir, öz dinindən üz döndərən müsəlmanları cəzalandırır, xristian fəallarını ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq onlara işgəncələr verir, təqib və təzyiqə məruz qoyur.
İrana hakim ayətullahlar İran millətini öz iman və əqidə hüquqlarından məhrum ediblər. Artıq 40 ildir ki, vəziyyət belədir. Onlar 40 ildir ki, “İsrailə ölüm” şüarı səsləndirirlər. Bu isə qəbuledilməzdir”, – deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.