vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9978 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2839 AZN
Türk lirəsi 1 TRY = 0.3765 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
17:17 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1187 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xandi xox!»

Və yaxud «mən sənə hansısa kitabı yazmaq üçün sifariş verməmişəm»

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qanun» kitab evinin sahibi Şahbaz Xuduoğlunun həftə səkkiz, mən doqquz şəhərin boynuyoluq ağaclarının utancaq kölgəsində düzüb-qoşduğu kitab yarmarkalarına baxanda idealist estetikanın (etikanın yox!) topdağıtmaz «sənət sənət üçündür» prinsipinin həqiqiliyi qarşısında almanca desək, «xandi xox» vəziyyəti alırsan.

Sənəti bilərəkdən ictimai həyatdan, yəni xalqdan uzaqlaşdırmaq məsələsi hələ XXIII əsrdə fəlsəfənin alman tankı Kant tərəfindən əsaslandırılmışdır. Kant estetik mühakimələrin əməli cəhətdən əttökənliyini söyləyərək sənətin ünvanının xalq olmadığını göstərirdi. Bu fəlsəfi tezisi əsas gətirərək xalq kitabını oxumadığı istənilən yazarının alnının ortasına belə bir irad nallaya bilər: «Mən sənə hansısa kitabı yazmaq üçün sifariş verməmişəm». Elə buna görə də XIX-XX əsrin estetikləri xalqa çubuqla oxudulan partiya realizminin kütləvi «həzzalma»sının acığına «xalis estetik həzz» adı altında sənətin xalqlaşmadan azad olması, sənət əsərinin heç kimin qarşısında məsuliyyət daşımaması kimi müxtəlif mülahizələrə tapınırdılar. Qərbin «xalis estetik həzz» uğrunda mübarizəsi Şərqdəki «məni başa düşmürlər» giley-güzarının əks-sədası idi.

İnanmağım gəlmir ki, orta əsrlərdən indiyəcən gəlib çatmış hürufiliyin alın yazısı olan fanilik estetikasını göylərə qaldırmış Nəsiminin:

 

Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın halına, andan həzər eylə!

 

qəzəlinin «xalis həzzinə» xalqın əli çatsın və inanmağım gəlmir ki, bu qəzəli günümüzə ondan aldığı «xalis estetik həzz» naminə xalq gətirib çıxarmışdır. Mən bu qəzəlin xəlqiləşdirilməsindən ötrü yazılmış bir şələ təfsir oxumuşam. And olsun ərzaq məhsullarının istifadə müddətini qabın ən gözəgörünməz yerinə yazan yerli istehsalçılarımızın bərəkətinə, bu təfsirlərdən bircə bunu anlamışam ki, hürufilər insanın üzündə Allahın adının yazıldığını deyirmışlər. Başqa heç nə.

Ta ki rus alimi Siolkovskinin bir kitabı bəsirət gözümün «bakirəliyini» pozana kimi bu təfsirlərlə başımı girələdim. Siolkovski öz kitabında insanın tərki-dünyalığını, mövcud zamandan və məkandan azadolma yanğısının, mümkündən mümkünsüzəqaçma ehtirasının səbəbini belə izah edir ki, insan artıq yer kürəsində yaşamaqdan, doğulub-ölməkdən təngə gəlib, bezib. O, yeni universal, naməlum kosmik məkan axtarır baş götürüb getmək üçün. O, yaşadığı zamanın sürətinə ayaq uydurmaqdan, onun arxasınca lökküməkdən vərəmləyib. Buna görə də hürufilər canı dünyadan, yəni mövcud məkandan və bu məkanın anından, zamanından uzaqlaşmağa çağırırdılar. Özü də tərkidünyalıq təkcə Şərq mədəniyyətinin gəldiyi nəticə deyildi, hələ XI-XII əsrlərdə Qərbdə fransiskanlar deyilən Qərb sufiləri, dilənçi rahiblər vardı ki, İsanın yoxsul həyatını təqlid edirdilər. Lakin sonradan missionerlərə çevrilən bu dilənçi rahiblər dünyadan əl çəkməklə dünyada qalmalı idilər (Şərqdə islamdansonrakı sufilər kimi).

Siolkovski naməlum məkanla əlaqə qurmaq üçün insanın dini və elmi cəhdlərinə inanmırdı. O, şüuraltı olaraq bu naməlum məkanla əlaqə qurmaq, bu kosmik məkanda, bir növ, özünə yer eləmək istəyini zərurət kimi qəbul edən adamları entuziast xəstələr adlandırırdı. Onların yalnız bir məqsədi var: nə yolla olur-olsun real dünyadan uzaqlaşıb başqa bir dünyanın adamına çevrilmək. O, bu çevrilmənin yolunu daha çox hipnozda, telepatiyada görürdü.

Bax burda «xalis estetik həzz» məfhumunun tilsimi qırılır. Sənət entuziastın naməlum məkanın və zamanın mövcudluğuna olan inamını möhkəmləndirir. Sənət bizim gördüyümüz yox, görmək istədiyimiz aləmin həzzidir. Biz «Mono Liza»ya baxanda onun mövcud olduğu kosmik məkanın cazibəsinə düşürük, onun mövcudluğunun mümkünsüzlüyü bizə şüuraltı zövq verir. Çünki biz axtardığımız mümkünsüzlüyü tapmışıq. Başdan-ayağa qara geyimli bu qadın bizdə nə şəhvət, nə mərhəmət, nə kin, nə sevgi, nə dəhşət duyğusu oyadır, əksinə, bizi yaşadığımız bu öləri duyğulardan məhrum edir. Bu gözəlliyin əbədiliyinə ucaldılmış bir abidədir. Bizim yaşadığımız məkan və zaman qanunlarına görə isə gözəllik gəldi-gedərdir və qarşımıza nə çıxıb? Bizə görə fani olan gözəlliyin mümkünsüz əbədiliyi. Biz onun bizə verdiyi duyğu qarşısında acizik, çünki bu duyğunu tanımırıq, izah edə bilmirik. Amma «Mono Liza» xalqın özündə, sadəcə, ərinin yasında ağlayıb ürəyini boşaltmış, üzünə yüngülləşmiş kədərin həzinliyi çökmüş bir zənən xeylağıdır.

Hətta Qiyamət günü gözləntisi də tərkidünyalıq təliminin tapıntısıdır; bu gün insanın gedəcəyi yeni məkanın, yəni zamanın ilk günüdür. O, hər gün bu günə hazırlaşır; çünki onu yaşadığı dünya çoxdan zədələmişdir. (1937.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)