vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
DÜNYA  
18:20 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 3197 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Somalinin paytaxtında bomba hücumu olub

3 nəfər ölüb, 4-ü yaralanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən gecə Somalinin paytaxtı Moqadişudakı təkər mağazasının yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması azı üç nəfərin ölümünə, dördünün isə yaralanmasına səbəb olub.

«Amerikanın Səsi»nin əldə etdiyi məlumatda ölənlər arasında Əl-Şabab qrupunun üzvü olmaqda şübhələnilən avtomobilin sürücüsünün də olduğu deyilir.

Moqadişuda partlayışın baş verdiyi yerin yaxınlığında yerləşən Dalsan radiostansiyasının jurnalistinin dediyinə görə, güclü partlayışdan sonra yanğın baş verıb.

Şəhərin Media Hospitalının həkimləri dörd nəfər yaralının xəstəxanaya gətirildiyi barədə xəbəri təsdiq edib. Lakin hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.