
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
ABŞ Federal Təhqiqatlar Bürosunun prezident Donald Trampın və çevrəsinin Rusiya ilə biznes əlaqələrinə dair təhqiqatında gürcü əsilli müğənni, «A-Studio» qrupunun solisti, 30 yaşlı Ketevan (Keti) Topuriyanın da adı keçir. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, buna səbəb Topuriyanın əri, biznesmen Lev Geyxmanın Trampın kürəkəni Cared Kuşnerlə biznes ortaqlığıdır.
Topuriya Geyxmanla 2013-cü ildə dəbdəbəli toyla evlənib, bu evlilikdən onların bir qızı dünyaya gəlib. Cütlük birlikdə o qədər də çox vaxt keçirmir, çünki Geyxman ABŞ-da bizneslə məşğul olur, Topuriyanın işi isə Rusiyadadır. Geyxmanın biznesinin nədən ibarət olduğu barədə informasiya çox məhduddur, yaxud ümumiyyətlə yoxdur. 2008-ci ildə verdiyi müsahibələrdən birində o, hansısa investisiya fondunun təmsilçisi olduğunu demişdi. Hərçənd həmin investisiya fondunda cüzi payla iştirak etməsinə baxmayaraq ildə bir neçə milyon qazandığını deyirdi.
Lakin FTB Trampın və ailə üzvlərinin biznes əlaqələrini araşdırmağa başlayanda xəfiyyələr gözlənilmədən Topuriyanın və ərinin adına rast gəlib. Məlum olub ki, Geyxmanın və Kuşnerin İT-texnologiyalar və Kaliforniyada iri kənd təsərrüfatı layihələrində ortaqlığı var. Geyxman biznes işləri ilə bağlı Los-Anсelesdə yaşayır.
Müğənni Milena Deyneqa deyir ki, Keti Topuriyanın Tramp ailəsi ilə əlaqələri haqda çoxdan danışırdılar. «2013-cü ildə mən Trampın Moskvada, Crocus City-də keçirdiyi «Dünya Gözəli» müsabiqəsinin ardınca təşkil edilən ziyafətdə idim. Zalda Araz Ağalarov, Filip Kirkorov, Stas Mixaylpv və digər məşhurlarla yanaşı Keti Topuriya və əri də var idi. Biz hamımız bir masa arxasında oturmuşduq, Tramp hamıya şəkil çəkdirdi», - müğənni danışır.