vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AKTUAL  
08:42 | 26 iyun 2017 | Bazar ertəsi Məqaləyə 3127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çətindir, həm də xoşdur»

ABŞ-da yaşayan azərbaycanlı gimnastika və sirk ustası, eyni zamanda rəssam qız...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın hər yerində azərbaycanlılar yaşayır və onların hər biri peşəsindən asılı olmayaraq, öz ölkəsinin adını ucaltmaq üçün nə isə etməyə çalışır. Öz vətənini Amerikada ləyaqətlə təmsil edən istedadlı gimnastika və sirk ustası, həmçinin rəssam Natəvan İbrahimovadır. «Sputnik Azərbaycan»a müsahibəsində o, ABŞ-dakı həyatından, uğurlarından və bir çox digər məsələlərdən danışıb.

 

- Natəvan, necə oldu ki, siz yaşamaq üçün Amerikaya getməli oldunuz?

- Hər şey tamamilə təsadüfən və planlaşdırılmadan oldu. Mənim valideynlərim bir az şanslı idi. Onlar da «green-card» (yaşıl kart) udan bəxtəvərlərdən oldular. Mən onda hələ uşaq idim. Biz qərara aldıq ki, bütün ailəliklə yaşamaq üçün Amerikaya gedək. Bu şans bizə bir dəfə verilir. 1997-ci ildən biz Nyu-Yorkda yaşayırıq.

 

- Axırıncı dəfə vətəndə nə vaxt olmuşunuz?

- Lap çoxdan. Mən axırıncı dəfə Bakıda anamla birlikdə 2012-ci ildə olmuşam. Onda Bakıda mənim 5 rəsmim «Zamanın simaları» Beynəlxalq byennalda nümayiş etdirilirdi. Onda mən demək olar ki, yeni Bakını ilk dəfə gördüm. Çünki uşaqlığımın Bakısı tamam başqa idi. O, tamamilə dəyişmişdi, daha yaxşı və gözəl olmuşdu. Yəqin, indi gəlsəm, heç tanımaram. Bilmirəm, mən bir də nə vaxt Bakıya uçacağam. Çünki ümumiyyətlə boş vaxtım yoxdur. Çox istəyərdim ki, öz sirk şoumla Bakıda çıxış edim.

 

- Baxmayaraq ki, uzun illərdir Amerikada yaşayırsız, sizin ailə hər hansı Azərbaycan ənənələrini yaşadır?

- Əlbəttə. Harada yaşamağımızdan asılı olmayaraq, öz köklərimizi, ənənələrimizi unutmuruq. Bu, artıq bizim genimizdədir. Mənim valideynlərim evdə yalnız Azərbaycan yeməkləri hazırlayırlar. Çünki onlar bizim üçün dünyanın ən dadlı yeməkləridir. Mənim atam tez-tez kabab bişirir və amerikalılar onun dadından doymurlar. Onlar hər dəfə deyirlər ki, dünyanın heç yerində belə dadlı yemək yeməyiblər. Əlbəttə ki, hər il Azərbaycanın sevimli bayramı olan Novruzu qeyd edirik. Bütün azərbaycanlılar kimi müxtəlif şirniyyatlar, yeməklər hazırlayırıq.

 

- Niyə öz seçiminizdə məhz çətin peşələrin üzərində dayanmışınız?

- Gimnastika ilə erkən yaşlarda, hələ valideynlərimlə Bakıda yaşadığım vaxt məşğul olmağa başlamışam. Hətta Azərbaycanda şəhər turnirində bədii gimnastika üzrə birinci yerə çıxmışdım. Sonra isə biz Amerikaya köçdük. Amerikada da gimnastika ilə məşğul olmağı davam etdirdim. Amerika vətəndaşı olmadığım üçün mənə beynəlxalq yarışlarda iştirak etməyə icazə vermədilər. ABŞ vətəndaşlığını almaq üçün orada beş il yaşamaq lazımdır. Biz vətəndaşlıq alanda artıq mənim 15 yaşım var idi. Bu yaş onlarda gec sayılır. Sirk isə mənim karyeramda növbəti ideal addım oldu. Mən tədricən başa düşdüm ki, bu mənə rahatlıq verir və sirk ustası olmaq üçün doğulmuşam. Baxmayaraq ki, uzun müddət gimnastika ilə məşğul olmuşam, mənə bir peşəni digəri ilə əvəz etmək çətin olmadı. Bir çox sirk bacarıqlarını mən özüm «Youtube»dakı müxtəlif çarxlara baxaraq öyrəndim.

 

- Siz hazırda harada işləyirsiniz?

- Mən Amerikanın bütün ştatlarında bazaları olan müxtəlif əyləncə şirkətlərində işləyirəm. Hazırda bütün yay mövsümü üçün müqavilə bağlamışam və San-Dieqodan olan həmkarlarımla birlikdə «Illuminight» şousunda çıxış edirəm. Bundan sonra prestijli işə qayıdacam və müxtəlif ölkələrdə «Pedalpunk» adlı qastrol şousunda iştirak edəcəm.

 

- İrəliyə getməyə nail ola bilirsiniz?

- Amerikada rəqabət həm var, həm də yoxdur. Burada çox istedadlı uşaqlar var. Bu, sizi digərlərindən daha ürəklə çalışmağa vadar edir. Amerika sizə imkanlar verir və siz bundan düzgün istifadə etməlisiz. Sevdiyiniz işlə məşğul olursuz və bütün həyatınızı təmin edirsiz. Bu çətindir, lakin eyni zamanda xoşdur.

 

- Bütün bunlarla yanaşı siz həm də rəssamsız. Bir-birindən tamamilə fərqli olan iki peşəni necə uzlaşdıra bilirsiz?

- Mən deyərdim ki, bu peşələr arasında ideal bir nikah var. Sirk mənim daimi ilham mənbəyimdir. İncəsənətsiz sirk yoxdur və əksinə. Biz bütün dünyanı gəzirik, müxtəlif tədbirlərdə çıxış edirik, tamaşalar göstəririk. Bütün bunlar mənə qeyri-adi şəkillər çəkməyə ilham verir. Onların bəzilərini satıram. Mənim Amerikada kiçik internet-mağazam var. Mənim işlərimi dünyanın hər yerindəki insanlar alırlar. Əsasən peşələrimlə bağlı olan obrazları çəkirəm. Hərdən Salvador Dalinin stilinə bənzər konseptual işlər ortaya çıxır.

 

- Gələcəyə dair hansı planlarınız var?

- Mənim uzun bir planlar siyahım var. Bunlar əsasən yeni planlardır ki, mən onları inkişaf etdirməyə və onlara həyat verməyə ümid edirəm. Biz incəsənət adamlarıyıq və daim axtarışdayıq.