

Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
Müharibədə iştirak edənlərə şad xəbər
Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti, ...
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
İlham Əliyev vətəndaşlara xidmət üzrə daha bır innovasiya agentliyi yaradır
“Süründürməçiliyə, vətəndaşlarla kobud münasibətə son qoyulmalıdır!”
Səlim Müslümova şok ittiham
Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı
Nazirlik rəsmi açıqlama yaydı
Tətbiq olunacaq yeni sistemdən sonra ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşdan heç bir sənəd tələb olunmayacaq. Hazırkı qaydalara əsasən isə sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir.
Avtomatlaşdırılımış sistem tətbiq olunduqdan sonra isə vətəndaşlar telefonla zəng etməklə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytına daxil olub öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə ünvanlı sosial yardım üçün müraciət edəcəklər. Yaradılan mərkəzləşdirilmiş sistem vasitəsilə nazirlik rəsmiləri digər dövlət qurumlarının məlumat bazasına daxil olur və müraciət edən şəxs haqqında lazımı məlumatları əldə edir.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Səlim Müslümov: “Bizim İnformasiya Texnologiyaları şöbəmiz Ədliyyə Nazirliyi və Əmlak Komitəsi ilə bu işləri aparır. Eyni zamanda dövlət yol polisi ilə də danışıqlar gedir. Elə düşünürəm ki, il ərzində biz buna nail olacağıq və yerli məmurların bu prosesdə heç bir rolu olmayacaq”.
Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd ölkədə Ünvanlı Sosial Yardımın təyin olunması məsələsində şəffaflığı təmin etməkdir. Ünvanlı Sosial Yardımın verilməsinə 2006-cı ildən start verilib. Əsas məqsəd az təminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır.