

… Yaxud «kiçik xalqların halına acımaq arzuları»nın arxasında dayanan vacib motivlər
«Məncə bu addım əks təsir yaradacaq, çünki bu, Puçdemonun həbs edilmək şansını artırır»
«... Puicdemont və digərlərinin istədikləri də məhz budur»
Baş separatçı Belçikaya qaçdı
Etirazçılar mitinqdə İspaniya bayraqlarını dalğalandırıb
Rusiya rəsmi KİV-ləri Qarabağ separatçılarının Puçdemona dəstəyini niyə tirajlayır...
XİN: «İspaniya Krallığının ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik»
Bölgə əhalisi bütün sahələrdə ölkənin digər yerləri ilə müqayisədə daha üstün imkanlara malik idi
Lombardiya və Veneto regionlarında daha geniş muxtariyyət üçün səsvermə
Puçdemont isə birbaşa idarəçilik planını qəbul etmir
Puçdemontdan isə rəsmi Madridə hədələyici məktub
Kataloniya prezidenti odla su arasındadır
Vyetnamda daşqın: 37 nəfər ölüb, 40-dan çox itkin var
200 milyon qiymət qoyulub
Avropa ölkəsi Yuqoslaviyanın gününə düşə bilər
... Madrid Kataloniyanın özünüidarə səlahiyyətini ləğv edə bilər
Kataloniya hökumətinin, həmçinin onun başçısının və vitse-prezidentin saytlarının fəaliyyəti dayanıb. Yerli mətbuat xəbər verir ki, govern.cat, president.cat və vicepresident.cat saytlarına giriş zamanı brauzer «serverin aşkar olunmadığını» və səhvin baş verdiyini göstərir.
Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Amma sənəd nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc olunmayıb. Qanuna əsasən, bütün sənədlər bülletendə dərc edildikdən sonra qüvvəyə minir.
Qətnamənin qəbulundan dərhal sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsinin tətbiqi ilə bağlı qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-nə növbədənkənar seçkilər təyin olunub.
İspaniya hökuməti tərəfindən istefaya göndərilən Kataloniya parlamenti bu qərarı qəbul edib və növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb.