

“İndi nüvə danışıqlarını yekunlaşdırmaq lazımdır”
İki ölkə arasında anlaşma imzalanıb
Təhlükə bütün dünyanı təhdid edir, BMT isə susur
170-dən çox sərnişin təyyarəsi sıradan çıxıb
Son iki ildə minlərlə həkim və tibb bacısının ölkəni tərk edib
Astara-Rəşt dəmiryolunun pulunu Rusiya verəcək
İran rejimi qadınların reklamda çəkilməsinə qadağa qoyub
Sərt bəyanatla terrorçuları müdafiə edənin kimliyi bilindi
Ermənistan İrandan PUA əldə etmək üçün gizli danışıq aparır?
Xomeynidən yazdığına görə ...
Səbəb Qalibaf ailəsinin Türkiyədə alış-verişdən gəldiyi fotolardır
“Hökumətin bəyanatlarının dəyişdirilməsindən narahatıq”
İranın Azərbaycandakı səfiri israilli həmkarını təhdid edib
Abadan şəhərindəki binanın çökməsinə görə məhkəmə prosesi başlayıb
Hökumət bildirir ki, saziş İranda həbs olunmuş belçikalının azadlığı üçün yeganə həldir
Xameneyinin bəyanatı, Ermənistanın seçimi
Hadisələrdə ilk növbədə daxili amillərin, daha sonra isə bu amillərlə əlaqəli olan, onlara təsir edən, sürətləndirən regional və beynəlxalq proseslərin rolu var.
İran son illər böyük Orta Şərq coğrafiyasında bir az boyunu aşan, ambisioz geostrateji layihələrin həyata keçirilməsi ilə məşğuldur. İran dərin dövlətçilik tarixindən irəli gələn refleksləri, strateji ağlı və planlaşdırması sayəsində bölgədə yaranan fürsətlərdən ən çox faydalanan tərəf oldu. Fürsətlər deyərkən iki böyük geopolitik «zəlzələ»ni nəzərdə tuturam: ABŞ-ın İraqa müdaxiləsi və «Ərəb baharı».
İraqda ABŞ-ın sünni azlığın diktaturasını yıxması nəticəsində şiə çoxluğun öz haqqını alması və iqtidara yiyələnməsi, daha sonra isə «Ərəb baharı» çərçivəsində Suriyada məlum hadisələrin baş verməsi İranın ekspansiyası üçün münbit zəmin yaratdı. Xəritəyə baxsanız, bu ekspansiyanın yuxarıdan və aşağıdan 2 «şiə ayparası» şəklində cərəyan etdiyini görərsiniz. Birincisi Livana və Aralıq dənizinə çıxan İraq-Suriya xəttidir və burada ciddi uğurlar əldə edilib. İkincisi isə qismən uğurlu olan Bəhreyn (burada şiələr çoxluqdadır, amma sünni azlığın hökmranlığı var) - Yəmən - Qırmızı dəniz xəttidir. (Bu xətt üzərində yerləşən qeyri-şiə Qətər ilə də yaxşı münasibətlər qurulub və Səudiyyənin Qətərə qəzəbinin əsas səbəbi budur.) İranlı strateqlər bu siyasətlə regiondakı vuran əlləri «Hizbullah»ın yerləşdiyi Livana quru yolu açmaq, Livandan sonra Suriya vasitəsilə də İsrail sərhədinə çıxmaq, Aralıq dənizinə çıxış, Səudiyyə Ərəbistanının mühasirəsi kimi strateji vəzifələrə nail olmağı qarşıya məqsəd qoyub. Ən ülvi arzu-xəyal isə Səudiyyə rejimini yıxaraq Məkkə və Mədinəyə sahib olmaqdır.
İran bu məqsədləri reallaşdırmaq üçün bölgədə öz proksi-ordularını yaradıb və mövcud olanlara da aktiv dəstək verir. Livanda «Hizbullah», İraqda «Haşdi Şabi», Yəməndə «Ənsərullah» (husilər) aşağı-yuxarı 100 minlik ordulardır. Üstəlik, İranın İraq, Əfqanıstan və Pakistandan toplayıb, təşkilatlandıraraq Suriyaya göndərdiyi paramilitar qruplar (məsələn, «Fatimiyun» diviziyası) da var. Təsəvvür edin ki, bu qüvvələrin hamısının silahlandırılması, geyim və digər təchizatla təmin olunması, döyüşçülərə maaş verilməsi lazımdır. İranın öz məhdud maddi resursları ilə buna nail olması asan deyil və indi məlum olur ki, daxildə əhaliyə yönəlməli olan milyardlar xarici siyasət avantüralarının həyata keçirilməsinə yönəldilib. Nəticədə sosial-iqtisadi problemlər ağırlaşıb, işsizlik artıb. Etiraz aksiyalarında ölkənin regional siyasəti əleyhinə səslənən şüarlar və bu siyasətin simvolu olan əfsanələşmiş general Qasım Süleymaninin portretinin yandırılması bu baxımdan təsadüf deyil.
Eyni zamanda, Qərb sanksiyalarının İrana təsir etmədiyi, əksinə, onun inkişafına səbəb olduğu barədə yaradılan mif də dağıldı.
Hadisələrin islahatçı-mühafizəkar qovğası olduğu, ali liderin dəstəyini alan mühafizəkarlar tərəfindən prezident Ruhanini cəzalandırmaq, onun dayaqlarını sarsıtmaq üçün təşkil edildiyi barədə fikirlərə isə qatılmıram.
P.S.: Yazını uzatmamaq üçün Orta Şərqdə dəyişim rüzgarları, siyasi islamçılığın böhranı məsələsinə növbəti yazıda qısaca toxunmağa çalışacağam.