Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
18:34 | 9 fevral 2018 | Cümə
Məqaləyə 2937 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
İran prezidenti Həsən Ruhani Suriya problemi və Türkiyənin bu ölkədə keçirdiyi hərbi əməliyyatlardan danışıb. Prezident rəsmi Tehranın Ankara ilə çox yaxşı münasibətlərə malik olduğunu deyib. Lakin bildirib ki, bir ordunun digər ölkənin ərazisinə girməsi həmin ölkə xalqının və hökumətinin icazəsi ilə olmalıdır:
«Biz bunu yaxşı qiymətləndirmirik. Ümid edirik ki, əməliyyatlar tez bir zamanda başa çatacaq və insan tələfatının sayı artmayacaq. Biz başqa ölkənin ərazisinə icazəsiz girişi heç cür qəbul etmirik, lakin Türkiyə ilə münasibətlərimiz yaxşıdır». Məlumdur ki, Türkiyənin Afrin əməliyyatları rəsmi Tehranı narahat etsə də, İran tərəfi indiyə qədər ciddi narazılıq bildirməmişdi. Məsələ ondadır ki, Ruhaninin açıqlamasında da bir qədər yumşaqlıq hiss olunur. Yəni «Türkiyənin Suriyaya girişi tənqid edilsə də, Ankara ilə münasibətlərin yaxşı olduğu» vurğulanır...
Ruhaninin açıqlamasını və iki ölkənin münasibətlərini «Şərq»ə şərh edən politoloq Sədrəddin Soltan deyib ki, İran Suriya ilə həmsərhəd deyil, bu baxımdan Tehranın Suriyadakı məsələlərlə bağlı heç bir problemi yoxdur. Sadəcə, Tehran hakimiyyəti Həsən Ruhaninin timsalında Suriyaya guya canıyananlıq edir: «Ancaq indiyədək suriyalı bir qaçqın belə İrana sığınmayıb. Türkiyədə isə 3,5 milyon suriyalı qaçqın var. İranla Türkiyənin Suriya ilə bağlı müttəfiqliyi ötəridir. İdlibdə baş verənlər bunu təsdiqləyir. Ötən gün Suriyanın İdlib bölgəsində müşahidə məntəqəsinə hücum nəticəsində Türkiyənin bir hərbçisi şəhid oldu. Müşahidə məntəqəsinə terrorçuların hücum etdiyi deyilirdi. Lakin bundan əvvəl həmin bölgəni İranın himayə etdiyi Bəşər Əsədə bağlı silahlı qüvvələr atəşə tutmuşdu. Türkiyə 2017-ci il oktyabrın 9-da Qazaxıstanın paytaxtı Astana şəhərində İran və Rusiya ilə əldə edilən razılaşmaya uyğun olaraq İdlibə girib. Astanada baş tutan 6-cı görüşdə həmin əyalət münaqişəsiz bölgə elan edilib və təminatçı dövlətin səlahiyyət verdiyi müşahidəçilərin bölgəyə nəzarət etməsi planlaşdırılır.
Onların əsas vəzifələri Bəşər Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır. Bundan sonra Türkiyə, İran və Rusiya hər biri bölgəyə 500 müşahidəçi göndərməli, türk hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin etməlidir. Odur ki, İran hakimiyyətinin öz təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün antiterror əməliyyatı həyata keçirən Türkiyəyə qarşı irəli sürdüyü iddianı cəfəngiyat saymaq olar. Hətta bunu müəyyən mənada ABŞ və İsrailin xoşuna gəlmək xətrinə atılan addım kimi də dəyərləndirmək olar».
Ekspert bəyan edib ki, Suriya parçalanmış haldadır. Ölkənin bir hissəsinə Moskva və Tehranın himayə etdiyi Əsəd, bir hissəsinə terrorçu YPG və PYD, digər hissəsinə isə ABŞ və beynəlxalq koalisiyanın müdafiə etdiyi müxalifət nəzarət edir. İndi Amerika və İran Türkiyədən Suriyanı nə vaxt tərk edəcəyini soruşur.
Halbuki, heç birinin Suriya ilə sərhədi yoxdur. Hər ikisi Türkiyə ilə «müttəfiq» olduqlarını söyləyirlər. Məlum məsələdə ABŞ və İranın Türkiyəyə eyni mövqedən yanaşmasında heç bir fərq yoxdur. Vurğulayım ki, Fransanın xarici işlər naziri bildirib ki, İran silahlıları və Hizbullah Suriyadan çıxmalıdır. Bunu Türkiyə də tələb edə bilər. Reallıq odur ki, Türkiyə Suriyadan gələn təhlükədən özünü qoruyur. Çünki həmin əraziyə Bəşər Əsəd nəzarət edə bilmir. Bəs, o zaman «Hizbullah»la İran silahlıları orada nə iş görür? Belə bir şəraitdə Həsən Ruhaninin bəyanatı çox yersiz görünür».