vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
12:50 | 27 aprel 2018 | Cümə Məqaləyə 2522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD-in sərvəti açıqlandı

Avropa terrorçuların varidatının harada olmasını araşdırır

Vüqar İSMAYILOV

İŞİD (İraq-Şam İslam Dövləti) qruplaşmasının 3 milyard avro sərvətə malik olduğu bildirilir. Bu barədə Fransanın “Europe 1” telekanalı açıqlama verib.

Jurnalistlərin araşdırmasına əsasən, qruplaşma İraq və Suriyanı işğalda saxladığı illər ərzində 3 milyard avroya qədər sərvət toplayıb və bu göstərici ilə dünyanın ən zəngin qruplaşmasıdır.

“Europe 1” qeyd edir ki, nüfuzunun ən yüksək vaxtında qruplaşma İraqda taxıl istehsalının 40 faizini və Suriyada isə pambıq istehsalının isə 80 faizinə nəzarət edib. Təbii ki, qruplaşmanın əsas gəlir mənbəyi neft yataqları olub.

İŞİD darmadağın edilməzdən əvvəl, öz investisiyalarını Türkiyə, Yaxın Şərq və İraqdakı ayrı-ayrı şəxslərin adına keçirib.

Buna görə, Avropa təhlükəsizlik xidmətinin əməkdaşları Parisə toplaşaraq terrorizmin sponsorluğuna qarşı iclas olub.