Qəlboxşayan ahəng, təkrarsız həzinlik...
Unudulmaz xanəndə Qulu Əsgərovun 90 illik yubiley gecəsi
Savalan FƏRƏCOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Əzizəni gözləyirik”
Rusiyada yaşayan caz-muğam ifaçı Riad Məmmədov Bakıda çıxış edib
-
“Rast”ın ideyası
Sənədli televiziya film-konserti təqdim olundu
-
Tarzən ömrü
Tanınmış musiqiçi-pedaqoqun yaradıcılıq gecəsi
-
Sərxan Sərxanın yubiley konserti
70 yaşlı müğənni hit mahnılarını səsləndirəcək
-
Ustad tarzənin 75 illiyi qeyd olundu
Xalq artisti Ramiz Quliyevin ifaçılığı tarın xəlqi və beynəlxalq keyfiyyətləri ilə tanıdılmasına yönəldib
-
İlin ilk muğam axşamı
Tarzən və xanəndə Şirulla İmanovun xatirəsi yad edilib
-
Mən tək, kontrabasda?
İsrailli virtuoz ifaçı Bakıya trio ilə gəlib
-
Bakıda “Yay caz günləri”
Festival iyunun 8-dək davam edəcək
-
«Baku» jurnalının 10 illiyinə həsr olunmuş konsert
Leyla və Arzu Əliyevalar mərasimdə iştirak edib
-
İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə, pedaqoq Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçirildi. Mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə əvvəlcə xanəndənin ömür və sənət yolu haqqında videoçarx nümayiş etdirildi.
Yubiley gecəsinin aparıcıları - Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar incəsənət xadimi Hafiz Quliyev xanəndənin həyat və yaradıcılıq yolundan danışdılar. Bildirildi ki, Qulu Rüstəm oğlu Əsgərov 18 dekabr 1928-ci ildə Salyan şəhərində dünyaya göz açıb. Gənc yaşlarında rayon teatrında çıxış edib. Gənc istedadların 1953-cü ildə keçirilən respublika olimpiadasının qalibi olub. 1953-1958-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda görkəmli xanəndələr Seyid Şuşinski, Nəriman Əliyevdən ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib.
Qeyd olundu ki, Qulu Əsgərov yaradıcı sənətkar idi. Xanəndə uzun müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışıb. Məcnun, İbn Salam, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm” – Ü.Hacıbəyli), Aşıq Qərib (“Aşıq Qərib” - Z.Hacıbəyov), Şah İsmayıl (“Şah İsmayıl” - M.Maqomayev) obrazlarını böyük aktyorluq məharətilə hərtərəfli canlandırmağa nail olub. Onun lent yazıları Azərbaycan Televiziyasının fondunda qorunur. Sənətkar 11 iyun 1987-ci ildə vəfat edib.
Tədbirdə daha sonra akademik Vidadi Xəlilov, Xalq artisti Canəli Əkbərov, Əməkdar incəsənət xadimi Rafiq Sadıqov xanəndənin ifaçılıq sənətindən danışdılar. Onun muğam ifaçılığı sənətinə verdiyi töhfələr yüksək qiymətləndirildi. Vurğulandı ki, Qulu Əsgərovun səsində bir ahəng, təkrarsız həzinlik və çox aydın diksiya vardı. Xanəndənin ustalıqla tar çalmağı və bəstəkarlıq qabiliyyəti də olub. O həm də xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl pedaqoq idi. Davamçıları muğam sənətində böyük uğurlar əldə edərək Qulu Əsgərov ənənələrini yaşadırlar.
Çıxışlardan sonra xalq artistləri Mələkxanım Əyyubova, Teyyub Aslanov, Əməkdar artist Ehtiram Hüseynov, muğam müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Mirələm Mirələmov və Rəvan Əlvanoğlu vaxtilə Qulu Əsgərovun ifa etdiyi “Bəyənmir məni”, “Yada sal məni”, “Vurulmuşam ala gözə”, “İlk eşqim”, “Sev ki, sevən mərd olar”, “Əziz dostum” və s. mahnılarını səsləndirdilər. İfaçıları Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edirdi.