"Obraz aydın görünür"
Lütfi Zadənin qəbirüstü abidəsinin ideya müəllifi olan xanım danışdı
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Lütfi Zadənin Bakıda dəfni Azərbaycana nə verdi?
Məşhur alimin adını əbədiləşdirmək üçün bundan sonra nə kimi işlər görülməlidir?
-
Lütfi Zadə kimdir?
Bakıda doğulub, ABŞ-da məşhurlaşıb və Bakıda dəfn olunan dahi
-
Lütfi Zadənin cənazəsi bu gecə vətənə gəlir
Dünya şöhrətli azərbaycanlı alimin dəfn proqramı hazırlanıb
-
«Məsuliyyət hissini itirib»
Prezidentin köməkçisi: «Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir»
-
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq
Düyna şöhtərli alimlə dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq
-
Sözlərinizdən utanın
Əgər bundan sonra sizi vəzifədə saxlasalar, ...
-
«Cəzasını alacaq!»
Abid Şərifov Akif Əlizadənin Lütfi Zadəni təhqir etməsinə görə bərk qəzəbləndi
-
Sayğısızlığın son həddi
Baş verənlər sıradan bir hadisə deyil
-
«Tapdıq»ın itən nüfuzu
Allah kəssin belə məşhurluğu...
-
«O fındıqbaş kişi məni maraqlandırmır»
Nazirlər Kabinetinin 2-ci dərəcəli dövlət müşaviri olan rəsmisi Lütfi Zadəni təhqir etdi
-
«Lütfi məndən xahiş etdi ki, ...»
Məşhur alimin nəşi 7-10 günə gətiriləcək
-
Lütfi Zadə vəfat etdi
Dünya şöhrətli azərbaycanlı alim Azərbaycanda dəfn ediləcək
-
Lütfi Zadə ölməyib?
Mirşahin: «Özüm danışdım, hamıya salamı var»
-
Lütfi Zadə dünyasını dəyişdi
Dünya şöhrətli azərbaycanlı alim vətənində dəfn olunacaq
-
Lütfi Zadə bütün mükafatlarını azərbaycanlı alimə vəsiyyət etdi
ABŞ-da yaşayan ATU-nun professoru Şahnaz Şahbazova kimdir?
-
«Məni Azərbaycanda dəfn edin»
Vəziyyəti ağır olan Lütfi Zadə oğluna vəsiyyət edib
Sentyabrın 6-da dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anım günü idi, onun ölümünün 1 ili tamamlandı. Lütfi Zadə ötən ilin 6 sentyabrında ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət edib.
Lütfi Zadənin il mərasiminə yaxın qəbirüstü abidəsi ictimaiyyətə təqdim olunub. Lakin dünya şöhrətli alimin abidəsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Bəzi insanlar sosial şəbəkələrdə abidəni alimin adına yaraşdırmadıqlarını bildiriblər.
Qeyd edək ki, Lütfi Zadənin qəbirüstü abidəsi məşhur heykəltəraş, xalq artisti Ömər Eldarov tərəfindən hazırlanıb.
Modern.az saytı cəmiyyətdə səslənən fikirlərə münasibət öyrənməyə çalışıb. Əməkdaşımız bunun üçün Lütfi Zadə irsini araşdıran Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova ilə əlaqə saxlayıb.
Şahnaz Şahbazova qəbirüstü abidənin hazırlanmasında Ömər Eldarova təkliflər verdiyini və abidəyə görə ona təşəkkür etdiyini bildirib.
“Əslində abidədən Lütfi Zadənin obrazı aydın görünür. Bu obrazda Lütfi Zadə dünyaya elm qapısını açır. Mən Ömər müəllimlə Lütfi Zadənin abidəsi üçün may-iyun aylarında bir qədər əməkdaşlıq etdim. Hər dəfə saat yarım söhbət edirdik. Yaşlı adamdır. Onu incidirdim. Çünki çox informasiya verirdim. Deyirdim ki, “Lütfi Zadə qətiyyən gülən adam olmayıb. Onu gülərüz verməyin. O adam həmişə düşüncəli olub”.
Öncəki hazırlıqda Ömər müəllim Lütfi Zadəni kəpənəkli geyimlə təsvir etmişdi. Məruzə etdim ki, Lütfi Zadə daimi olaraq köynəyinə kəpənək bağlamayıb. Kəpənək onun qarderobunun 3 faizini təşkil edib. 97 faiz geyimdə qalstuk taxıb. Həmçinin, Lütfi Zadə uzunboğaz koftanın üstündən köynək geyinməyi sevirdi.
Daha sonra Ömər müəllimə onun 6 nəzəriyyəsi barədə məlumat verdim. Hər dəfə 100-ə yaxın şəkil göstərirdim. Ömər müəllim dahi insanı bu qədər yaxından tanımağıma təəccüb edirdi. Həyatımın 12 ilini Lütfi Zadəyə həsr etdiyimi deyirdim. Bu müddət ərzində çalışdım ki, Lütfi Zadənin obrazını Ömər müəllimə verim. Dediyiniz fikirdə də həqiqət var. Düzü, heç düşünmədim ki, Ömər müəllim pencəyi yaxası açıq formada verər. Ancaq Ömər müəllim ümumilikdə obrazı çox gözəl çatdıra bilib. Bu, çox böyük bir işdir. Bütövlükdə Lütfi Zadənin qəbirüstü abidəsindən məmnunam. Cənab prezidentimizin qarşısında baş əyirəm. Minnətdaram. Həmçinin, şadam ki, dünya şöhrətli dahi insanın məzarı Azərbaycandadır”.