vaxtlı-vaxtında oxuyun! Bazar, 25 iyul 2021
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
15:38 | 14 fevral 2019 | Cümə axşamı Məqaləyə 1099 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polşada anti Rusiya konfransı

ABŞ Türkiyə və Gürcüstanın Rusiya ilə münasibətlərinin istiləşəməsindən narahatdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Polşanın paytaxtında “Varşava konfransı” öz işinə başladı. Tədbirdə Yaxın Şərqlə bağlı “Varşava prosesi” yaradılmasını təklif edildi. Bu konfransda çıxışı zamanı Polşa Xarici İşlər naziri Yaçek Çaputoviçdən gəlib. Onun sözlərinə görə, bu təklifin əsas məqsədi regionda stabillik üçün səylərin davam etdirilməsindən ibarətdir.

ABŞ-ın təşəbbüsü ilə keçirilən konfransda müzakirələr davam edir. Bir çox ölkə nümayəndələrinin qatıldığı müzakirələrdə Rusiya, Türkiyə, Çin kimi ölkələr iştirak etmir. Qeyd edək ki, konfransda ABŞ-ı vitse-prezident və dövlət katibi Mayk Pompeo təmsil edir.

Politoloq Rusif Məmmədsoy hesab edir ki, Mayk Pompeonun əsas toxunduğu məsələləri nəzərə alsaq burada yalnız Suriya konflikti haqqında danışılmadıgı aydındır. Belə ki, M.Pompeo Rusiyanın Gürcüstan, Ukrayna kimi ərazilərə girməsini bir daha qınayıb və Rusiyanın Polşada cəbhə açacağını istisna etməyib. Təbii ki, Pompeonu başa düşmək olar. Çünki, 2008-ci ildə Gürcüstana girərək ölkəni bir neçə hissəyə bölən Rusiya hazırda Gürcüstana qaz sata biləcəyi barədə danışıqlar aparır. Bu da Gürcüstandakı yeni hökumətlə bağlıdır ki, onların dəstəkçisi də məhz Rusiyaya meylli şəxsdir. ABŞ da məhz bundan ehtiyat edir. Növbəti dayanacağın Polşa olmasından çəkinir. Bunun məntiqi nəticəsi kimi ABŞ Polşa ilə HİMARS (“High Mobility Artillery Rocket System”) tipli raket sistemləri satması ilə bağlı müqavilə imzalayıb. Hətta ötən il Polşa hökuməti Donald Trampdan Polşada hərbi baza tikdirmək üçün 2 milyard dollar təklif etmişdilər. Əlbəttə, bütün bunlar Polşanın yenidən Rusiyanın (SSRİ) təsir dairəsinə düşməməsi üçün hesablanıb.

Politoloqa görə, ABŞ hökuməti eyni zamanda Türkiyənin də Rusiya ilə münasibətlərində soyuqluq yaratmaq istəyir: “Belə ki, NATO Türkiyəyə maraqlı təklif irəli sürüb. NATO baş katibi Yens Stoltenberq, Türkiyə Rusiyadan “S-400” almayacağı təqdirdə İtaliya və Fransa Türkiyəyə SAMP/T hava hücumundan müdafiə sistemlərini satmağa hazır olduqlarını bildirib:

Bildiyiniz kimi fevral ayının 14-də Türkiyə, Rusiya və İran arasında üçlü görüş baş tutacaq. Bu görüşdə bir çox məsələlər , eyni zamanda da İdlib məsələsi gündəliyə salınıb. Təbii ki, ABŞ da başa düşür ki, bu görüş zamanı “S-400” HHM-dən də danışılacaq. Bu səbəbdən də buna mane olmaq üçün əlindən gələni edir.

Bunun bir neçə səbəbi var.

1. Rusiya Avropada hegemonluq hədəfləyir və bu mənada onun Türkiyə kimi müttəfiqi olması ABŞ-ı çox narahat edir.

2. ABŞ və Türkiyə arasında Mənbiçdəki fikir ayrılıqları var. Türkiyə və Rusiya arasında baş tutacaq İdlib bölgəsi haqqında danışıqlarda razılıq əldə edilsə, bu zaman ABŞ bir az da reytinq itirəcək. Hansı ki, artıq NATO müttəfiqi kimi Türkiyə “S-400” zenit-raket kompleksi almaqla artıq NATO-ya, eyni zamanda ABŞ-a olan inamı da azaltdı.

3. ABŞ tərəfini narahat edən əsas məsələlərdən biri də məhz Türkiyə, Rusiya və İran üçlüsünün daha da yaxınlaşmasıdır.

Bütün bunları nəzərə alaraq ABŞ rəsmilərinin Polşadakı çıxışları yalnız Suriya konflikti və ya Rusiyanın Gürcüstana və Ukraynaya hücumu deyil, məhz fevral ayının 14-də baş tutacaq görüşə hesablandığını düşünürəm”.

Rusif Məmmədsoy hesab edir ki, istənilən halda bu zirvə görüşündə də hər üç ölkənin maraqlarını nəzərə alarsaq böyük bir irəliləyiş əldə edilməyəcək. Çünki, bir tərəfdə Bəşər Əsədi dəstəkləyən Rusiya, bir tərəfdə Bəşər Əsəd hökumətinin əleyhdarı Türkiyə, digər tərəfdə isə regionda öz maraqları olan və Suriyada varlığını qorumağa çalışan İran var ki, bu da sonda hər üç ölkənin maraqlarının üst-üstə düşməsi üçün vaxt lazım olmasına işarədir...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Commentics

Sorry, there is a database problem.

Please check back shortly. Thanks.