vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AKTUAL  
16:12 | 11 aprel 2020 | Şənbə Məqaləyə 2154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AQTA-dan çağırış

Heyvan kəsimini mərkəzləşdirilmiş sexlərdə aparmaq tövsiyə olunur

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 2018-ci il 11 iyun tarixli Sərəncama əsasən küçələrdə, yol kənarlarında, antisanitar şəraitdə heyvan kəsimi və ət satışı fəaliyyəti qadağan olunub.

“COVİD-19” infeksiyasının sürətlə yayıldığı dövrdə heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, küçə və yol kənarlarında həyata keçirilməsi insan sağlamlığı üçün xüsusilə təhlükə yaradır.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hüquq mühafizə orqanları və yerli icra orqanlarının əməkdaşları ilə birgə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində paytaxtın bir sıra rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydləri davam etdirirlər.

Agentlik heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş heyvan kəsimi sexlərində həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa səsləyir.