vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 7 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DÜNYA  
Dayanmaq bilmir 11:34 | 25 yanvar 2022 | Çərşənbə axşamı Məqaləyə 768 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dayanmaq bilmir

Şimali Koreyadan daha bir sınaq

2022-ci il girəndən bəri ard-arda hərbi təlimlərini aktivləşdirən Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) növbəti addım atıb. Yonhap agentliyinin hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, ŞKXDR ordusunun bu gün səhər havaya qaldırdığı iki qanadlı raket ölkənin şərq sahillərinə düşüb. Bu barədə dövlət rəsmilər heç bir açıqlama verməyib.

Başda bölgə dövlətləri olmaq üzrə, beynəlxalq ictimaiyyətin etirazına məhəl qoymayan rəsmi Pxenyan ballistik və qanadlı raket sınaqlarını sürətləndirib. Belə ki, sonuncu ballistik raket sınaqları yanvarın 17-də baş tutmuşdu. Bununla belə qanadlı raket sınaqları BMT-nin Kim Çen In hökumətinə tətbiq etdiyi qadağalara daxil deyil.