Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:24 | 26 yanvar 2022 | Çərşənbə
Məqaləyə 791 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Qərb mətbuatı Rusiya prezidenti Vladimir Putini hər zaman sərt tənqid etsə də, bəziləri onu güclü strateq hesab edirdi. Yazırdılar ki, Putin Qərbin istənilən liderindən güclü və hazırcavabdır. Ancaq Ukrayna hadisələri fonunda Putinin strategiyasının çat verdiyini bildirirlər. Həqiqətən Kreml sahibi NATO-nu zəiflətmək istəyərkən Rusiyanın Ukraynaya hücum hazırlıqları Şimali Atlantika Blokunu gücləndirib.
Kreml sahibi ABŞ-dan tələb edirdi ki, Şərqi Avropada hərbi bazalarını yığışdırsın. Ukrayna ətrafındakı qovğanın fonunda tam əksinə, ABŞ və NATO Şərqi Avropada möhkəmlənməyi planlaşdırır, Baltik ölkələrində mövqelərini gücləndirirlər. Bundan başqa Finlandiya və İsveç kimi neytral dövlətlər Rusiyanın planlarından narahat olaraq NATO-ya üzvlük müzakirələrinə başlayıblar. Bir müddət əvvəl “NATO beyin ölümü keçirib” deyən Fransa prezidenti Emmanuel Makron indi tam tərsini düşünür.
Beləliklə, vaxtilə Çeçenistanı ram edən, Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini ələ keçirən, Krımı ilhaq edən, Donbasda separatçı bölgə yaradan Kreml sahibi bu dəfə özünəvurğunluğun qurbanına çevrilib. Rusiyadan hətta onun Avropadakı tək-tük tərəfdaşları qorxmağa başlayıb. Misal üçün Vladimir Putin bugünlərdə italiyalı iş adamlarıyla videokonfrans keçirmək istəyirdi. İtaliya hökuməti şirkətlərini xəbərdar edib ki, konfransa qatılmasınlar.