
JAS – üçü birində
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Ukrayna ordusunda çinlilər də döyüşür
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Bayden administrasiyası Moskva ilə gərginliyin qızışmamasından ötrü kəşfiyyat paylaşımı üzrə təlimat hazırlayır. Bu haqda “Washington Post” qəzeti rəsmilərə istinadla yazır. Məlumata görə, Birləşmiş Ştatların Ukrayna ilə paylaşa biləcəyi informasiyaya iki böyük qadağa qoyulub.
Birinci qadağaya görə, ABŞ Ukraynanın Rusiya rəhbərliyində olan şəxsləri öldürməsinə imkan verəcək detallı informasiyanı ötürə bilməz. Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov, Müdafiə naziri Sergey Şoyqu bu kateqoriyaya aiddir.
***
Ancaq qadağa Rusiya ordu zabitlərinə, generallara aid deyil. Rusiyanın Ukraynada apardığı müharibədə bir neçə generalının öldürüldüyü bildirilir. Ötən həftə ABŞ mediası məhz bu ölkənin Ukraynaya ötürdüyü informasiyanın generalların, eləcə də Moskva kreyserinin vurulmasında rolundan yazırdı.
Pentaqonun aparıcı rəsmisinin qəzetə dediyinə görə, ABŞ Ukraynaya generalların yeri barədə də informasiya verməmək qərarına gəlib.
İkinci kateqoriyaya isə Ukrayna sərhədlərindən kənardakı Rusiya hədəfləri barədə informasiya daxildir. Bu qaydanın məqsədi ABŞ-ın Ukraynanın Rusiya daxilində mümkün hücumlarında tərəfə çevrilməsini önləməkdir. Qəzet yazır ki, elə bu narahatlıq səbəbindən administrasiya daha öncə Polşanın təchiz etdiyi qırıcı təyyarələrin verilməsi planlarını ertələyib. Çünki Ukrayna onlar vasitəsilə Rusiya torpağına hücumlar edə bilərdi.
Ancaq ABŞ rəsmiləri Ukraynanı həmin əməliyyatları təkbaşına aparmaqdan da çəkindirməyə çalışmayıb.
***
Qəzetin danışdırdığı ABŞ və Ukrayna rəsmiləri indiyədək ikitərəfli kəşfiyyat əməkdaşlığını “çox yaxşı” dəyərləndiriblər. “Bu bizə rusiyalıların harada olduğunu göstərir, biz də onları vura bilirik”, – Ukraynanın bir rəsmisi deyib.
Ancaq Bayden rəsmiləri qeyd ediblər ki, ABŞ Rusiya ilə müharibə aparmır, yardımın məqsədi isə Ukraynanı qanunsuz işğaldan qorumaqdır. ABŞ rəsmilərinin Ukraynaya ötürülən informasiyadan istifadəyə məhdud nəzarəti sözügedən qadağaların qoyulmasına səbəb olub.
Kəşfiyyat paylaşımının məhdudlaşdırılmasından savayı, Birləşmiş Ştatlar Ukraynaya “hədəfli informasiya” ötürməyi də yasaqlayır. Rəsmilərin sözlərinə görə, ABŞ Ukrayna qüvvələrinə konkret Rusiya generalının konkret məkanda aşkar olunduğunu bildirməyəcək, Ukraynaya hədəfi vurmaqda kömək etməyəcək.
***
Ancaq Birləşmiş Ştatlar Rusiyanın yüksək rütbəli zabitlərinin adətən olduğu komandanlıq və nəzarət obyektləri haqda informasiyanı paylaşacaq, çünki bu, Ukraynanın özünümüdafiəsinə kömək edə bilər.
Ukraynanın komandirləri obyekti vurmaq qərarına gələrlərsə, bu onların öz təşəbbüsü olacaq, rəsmilər deyiblər.
Hüquq ekspertlərinin fikrincə, hədəfəalmanın dəqiqləşdirilməsi mənalı hüquqi və siyasi təlimatdır. Bununla Birləşmiş Ştatlar münaqişədə tərəf olmadığını nümayiş etdirir, baxmayaraq ki, Ukraynaya hərbi avadanlıq göndərir, kəşfiyyat ötürür.
Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib. ABŞ Nümayəndələr Palatası mayın 10-da Ukraynaya 40 milyard dollarlıq yardımla bağlı layihəni təsdiqləyib. Müharibə başlayandan ABŞ Ukraynaya bundan əlavə 13.6 milyard dollarlıq yardım göstərib.