vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
14:14 | 17 may 2022 | Çərşənbə axşamı Məqaləyə 837 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tacikistanda iğtişaşlar

DBMV-də etirazlar zamanı bir nəfər həlak olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində (DBMV) etirazlar zamanı bir nəfər öldürülüb. Bu haqda ölkənin Daxili İşlər Nazirliyi mayın 17-də məlumat yayıb. Ötən gün təhlükəsizlik qüvvələri vilayətdə siyasi liderlərin istefasını istəyən etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

DBMV hakimiyyəti vilayət başçısını, Xoroqun merini və digər rəsmiləri istefaya göndərməkdən imtina edəndən sonra bir qrup gənc Xoroqda yürüşə başlayıb.

Daxili İşlər Nazirliyi etiraz liderlərindən biri, 1993-cü ildə doğulmuş Zamir Nazrişoyevin “yaralandığını və xəstəxanada keçindiyini” bildirib. Məlumatda təhlükəsizlik qüvvələrinin “silahlı hücumu” dəf etdikləri vurğulanır. Etirazçılar vilayət administrasiya binalarına doğru yürüş etmişdilər.

Müxtəlif mənbələr Nazrişoyevin başqa şəraitdə öldüyünü iddia edir. Başqa detallar açıqlanmır.

Radionun əldə etdiyi videoda etirazçılara qarşı rezin güllələrə və gözyaşardıcı qaza əl atdığı görünür. Mənbələr iki nəfərin xəsarət aldığını, xəstəxanaya aparıldığını təsdiqləyib.

DBMV-də vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı.

Bu insidentdən sonra minlərlə adam Xoroqda mərkəzi meydana yığışaraq Ziyobekovun ölümündə günahı olanların məsuliyyətə cəlb edilməsini tələb edib.

Bu qətlin istintaqının hələ başa çatmadığı bildirilir.