
Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Ukrayna ordusunda çinlilər də döyüşür
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
ABŞ Senatında Ukraynaya 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsi üzrə prosessual səsvermə keçirilib. Respublikaçı senator Rand Polun qarşı çıxması ilə hərbi və humanitar yardımın gecikdirilməsindən sonra bu, böyük ehtimalla həftənin sonunda qanun layihəsinin səsverməsinə zəmin yaratmış olub.
81 senator üç potensial prosessual səsvermənin birincisində layihənin lehinə, 11 senator isə əleyhinə səs verib. Bununla Bayden administrasiyasının Ukrayna üçün istədiyi maliyyə ilə bağlı qanun layihəsinin Senat tərəfindən qəbul edilməsinə yol açılıb.
Mayın 10-da Nümayəndələr Palatası maliyyə yardımını təsdiqləyib, lakin senator Rand Polun sürətli səsverməyə qarşı çıxmasından sonra qanun layihəsi üzrə Senatda səsvermə dayandırılıb.
Demokratlar Nümayəndələr Palatasına kiçik üstünlüklə nəzarət edirlər, lakin qaydalara əsasən, əksər qanunvericilik üzrə yekun səsverməyə tez keçmək üçün yekdil razılığın tələb olunduğu Senatda səs çoxluğuna malik deyillər.
Senator Rand Pol bildirib ki, ayrılan vəsaitə nəzarət edəcək baş müfəttiş təyin etmək lazımdır. Amerikalı qanunverici Senat rəhbərlərinin ona edilən düzəlişlərə səsvermə ilə bağlı təklifini rədd edib. Qanun layihəsinin mətninin dəyişdirilməsi Nümayəndələr Palatasını ona yenidən səs verməyə məcbur edəcək və bu, daha çox gecikməyə səbəb olacaq.
Həm demokratlar, həm də respublikaçılar Ukraynaya yardımın ayrılmasını dəstəkləyirlər. Nümayəndələr Palatası qanun layihəsini 368 səslə dəstəkləyib.
Senatda azlıqda olan Respublikaçıların lideri Mitç Makkonel həftə sonu Ukraynaya səfər edən kiçik bir heyətə rəhbərlik edib. Bazar günü isə o, Senatın yardımı çərşənbə günü təsdiq edə biləcəyini deyib.
Bayden administrasiyası bildirib ki, ABŞ-ın maliyyələşdirməsində fasilənin qarşısını almaq üçün Ukraynaya əlavə yardım cümə axşamına qədər təsdiqlənməlidir.