ABŞ-ın yenilməz armadası
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
10:45 | 20 may 2022 | Cümə
Məqaləyə 1256 dəfə baxılıb
Şriftin ölçüsü
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
“Blokadanızı donanmamızla yararıq”
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq hərbi və iqtisadi yardım paketini böyük səs çoxluğu ilə qəbul edib. Mayın 19-da keçirilən səsvermədə sözügedən sənəd 86 lehinə, 11 əleyhinə nisbəti ilə qəbul olunub. İndi prezident Co Bayden bu qanunun qüvvəyə minməsi üçün onu imzalamalıdır.
Senatdakı demokrat çoxluğun lideri Çak Şumer deyib: “Yardım, sözün əsl mənasında əhəmiyyətli yardım artıq yoldadır. Bu yardım ukraynalıları müzəffər etmək üçündür”.
Senatın respublikaçı lideri Miç Makkonnel də yardım paketini dəstəkləyib və deyib ki, Ukraynanın məğlubiyyəti Amerikanın Avropadakı müttəfiqlərini çətin duruma salar, həm də ABŞ-ın Avropadakı hərbi xərclərini artırardı.
Senator deyib ki, bu yardımın edilməməsi regionda Çin kimi torpaqlar qəsb etmək istəyən ölkələri ürəkləndirərdi.
Makkonnel bildirib ki, suverenliyə, sabitliyə və çəkindirməyə çəkilən xərclər ağrılıdır, lakin bu xərcləri artıq çox gec olmadan çəkmək lazımdır.
Konqresin Nümayəndələr Palatası Ukraynaya hərbi yardım paketini ötən həftə 368 lehinə, 57 əleyhinə nisbəti ilə qəbul edib.
Bayden bu qanunu imzaladıqdan sonra ABŞ-ın Ukraynaya müdaxilə başlanandan bəri Kiyevə verdiyi yardımların ümumi dəyəri 50 milyard dollara çatacaq.
Şumer mayın 18-də deyib ki, o Ukraynaya bu yardım paketinin sonuncu olacağından əmin deyil:
“Onlar döyüşürlər. Onlar həlak olurlar. Döyüşən və əzab çəkən onlardır. Bizim görəcəyimiz ən kiçik iş onlara ehtiyacları olan silahları verməkdir”.
***
Ukraynanın prezidenti Vladimir Zelenski ABŞ-dan verilən “əhəmiyyətli töhfə” üçün təşəkkürünü bildirib.
Prezident bu barədə yazdığı tvitdə qeyd edib ki, Senatın 40 milyard dollarlıq yardım paketini qəbul etməsi “Ukraynada, Avropada və dünyada sülh və təhlükəsizliyin bərpa olunmasına əhəmiyyətli töhfədir”.
Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak deyib ki, bu yardım Rusiyanın Ukrayna tərəfindən məğlubiyyətə uğradılmasını şərtləndirəcək: “Biz qələbəyə doğru inamlı və strateji hərəkət edirik. Müttəfiqlərimizə minnətdarıq”.