

ABŞ bank sektorunda zərərlər və yaranmış vəziyyət
Üç bank özünü iflas elan etdi, kriptovalyuta bazarı silkələnəcək
ABŞ administrasiyası minlərlə yeni sənəd dərc edib
Baydendən yeni bəd xəbər ...
Müharibənin taleyini həll edəcək ikinci həmlə
Bayden nüfuzdan düşməkdə davam edir
Qərar ABŞ müdafiə naziri və prezidentinin təsdiqlərini gözləyir
Ukrayna ordusunun cəbhədəki uğuru Ukraynanın taleyini həll edə bilər
“Ukrayna özünü PUA təhlükəsinə qarşı qoruya biləcək”
“Kim rejimi pula qənaət edən insanlardan qaçaqmalçılıq yolu ilə valyuta çıxarmağa çalışır”
1800 nəfərdən 1100-ü işi 24 saatlıq dayandırır
Butun azadlığa buraxılması dünyada “ABŞ Rusiyaya boyun əydi” kimi başa düşülür
Tayvan və ABŞ-ın bir çox ştatında Çindən gələn bəzi tətbiqlərə məhdudiyyət qoyulub
ABŞ prezidentinin dili topuq vurdu ...
Smit: “Məktəbi təzə bitirdiyimi, təcrübəsiz olduğumu deyirlər”
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
Birləşmiş Ştatlar cümə günü Şimali Koreyanın kütləvi qırğın silahları proqramını dəstəkləməkdə ittiham etdiyi iki Rusiya bankına, bir Şimali Koreya şirkətinə və bir şəxsə sanksiyalar tətbiq edərək Pxenyana ballistik raket sınaqlarını bərpa etdiyinə görə təzyiqi artırıb.
Amerikanın bu son addımı Çin və Rusiya ABŞ-ın başçılığı ilə Şimali Koreyaya ballistik raket sınaqları səbəbilə daha çox BMT sanksiyaları tətbiq etmək təşəbbüsünə veto qoyandan sonraya təsadüf edib.
Bu vetolar Birləşmiş Ştatların dediyinə görə, Şimali Koreyanın bu il altıncı qitələrarası ballistik raketi sınaqdan keçirməsinə və Pxenyanın 2017-ci ildən bəri ilk nüvə sınağını keçirməyə hazırlaşdığına dair işarələrin olmasına baxmayaraq qoyulub.
ABŞ-ın maliyyə nazirliyi bəyanat yayaraq Air Koryo Ticarət Korporasiyasını, habelə Rusiyanın “Dalnevostochnıy” və “Sputnik” banklarını Şimali Koreya Təşkilatlarının satınalmasına və gəlir əldə etməsinə töhfə verdiyi üçün hədəfə aldığını bildirib.
Vaşinqton həmçinin Şimali Koreya İkinci Təbiət Elmləri Akademiyasına (SANS) tabe olan bir təşkilatın Belarusdakı nümayəndəsi Conq Yonq Nama sanksiya tətbiq edib. Vaşinqton onun ballistik raketlərin inkişafı ilə əlaqəsi olan Şimali Koreya təşkilatlarını dəstəklədiyini bildirib.
Şimali Koreyanın BMT-dəki missiyası şərh tələbinə dərhal cavab verməyib.
“Birləşmiş Ştatlar KXDR-i (Şimali Koreya) diplomatik yola qayıtmağa və kütləvi qırğın silahları və ballistik raketlər inkişaf etdirmək istəyindən əl çəkməyə çağırmaqla yanaşı, mövcud sanksiyaları həyata keçirməyə və tətbiq etməyə davam edəcək,” Maliyyə nazirinin terror və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Brayan Nelson açıqlamasında bildirib.
Çin Birləşmiş Ştatları Pxenyanı Şimali Koreya lideri Kim Çen In və o zamankı ABŞ prezidenti Donald Tramp arasında keçirilən üç uğursuz sammitdən sonra 2019-cu ildən bəri dayandırılan danışıqları bərpa etməyə cəlb etmək üçün tədbir görməyə, o cümlədən bəzi birtərəfli sanksiyaları aradan qaldırmağa çağırıb. ABŞ Pxenyanın mükafatlandırılmamalı olduğunu bildirib.
Cümə günü Cənubi Koreya, Yaponiya və ABŞ-ın yüksək səviyyəli diplomatları birgə bəyanat yayaraq, Şimali Koreyanın “2021-ci ilin sentyabrından bəri ballistik raket buraxılışlarının sürətini və miqyasını əhəmiyyətli dərəcədə artırdığını” bildiriblər.
Bəyanatda dövlət katibi Entoni Blinken, Cənubi Koreyanın xarici işlər naziri Park Cin və Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi Pxenyanı “danışıqlara qayıtmağa” çağırıblar.