
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Avropada yaşayan türklərin mövsümü rekordu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Qərb və yəhudi bankirlər, yoxsa ...
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
Türkiyə rəsmiləri Rusiyanın Ukrayna ilə müharibəsi fonunda qlobal ərzaq qiymətləri yüksəldiyi üçün Ukrayna taxılının dünya bazarlarına çıxarılması səylərində potensial irəliləyiş olduğunu deyib. Türkiyənin müdafiə naziri Hulusi Akar İstanbulda Rusiya, Ukrayna, Birləşmiş Millətlər Təşkilatı və Türkiyə rəsmiləri arasında çərşənbə günü keçirilən dördtərəfli danışıqlardan sonra razılaşma ilə bağlı məlumatın tezliklə elan ediləcəyini bildirib.
Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə günü danışıqlardan sonra verdiyi açıqlamasında milyonlarla ton Ukrayna taxılının bazarlara çıxarılmasına imkan verən razılaşmanın gələn həftə əldə oluna biləcəyini deyib.
Akarın bildirdiyinə görə, Türkiyə limanlarda yüklərin yoxlanılmasın və Qara dəniz ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bundan əlavə o, Türkiyədə taxıl ixracı üçün Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı ilə koordinasiya mərkəzi yaradılacağını bildirib.
BMT-nin Baş katibi Antonio Quterreş danışıqlar prosesini alqışlayaraq, çərşənbə günü bunun hələ tamamlanmış bir razılaşma olmadığı barədə xəbərdarlıq edib.
“İndi bugünkü tərəqqinin reallaşması üçün daha çox texniki işə ehtiyac olacaq. Lakin bunun tez baş verəcəyi aydındır”, – deyə Quterreş bildirib.
Razılaşmanın əldə edilməsi üçün aylarla davam edən diplomatik səylərdə əsas maneə güvən olub. Kiyev yük gəmilərinin taxıl ixrac etməsinə imkan vermək üçün limanlarını minalardan təmizləyəcəyi təqdirdə Rusiya qüvvələrinin bundan öz xeyrinə istifadə edərək, hücum edəcəyindən ehtiyat etdiyini bildirib. Taxılla dolu gəmilər Rusiyanın Ukraynaya müdaxiləsi fonunda limanlarda ilişib qalıb.
Moskva hələ İstanbul danışıqları ilə bağlı şərh verməyib.
Bu arada, BMT xəbərdarlıq edib ki, Ukrayna limanlarında ilişib qalmış on milyonlarla ton taxıl azad edilməsə, dünya ərzaq qiymətləri qalxmaqda davam edəcək və dünya boyu aclıq təhlükəsi yaranacaq.
20 milyon tondan çox Ukrayna taxılı Qara dəniz sahilindəki Odessa limanında elevatorlarda saxlanır və Rusiyanın blokadası səbəbindən onlarla gəmi dayanıb. Türkiyə bölgədə gözləyən 20 ticarət gəmisinin olduğunu, tez bir zamanda yüklənə və dünya bazarlarına göndərilə biləcəyini deyib.
Ukrayna arpa və taxıldan savayı qarğıdalı kimi buğdanın da əsas ixracatçısı olub. O, həmçinin günəbaxan yağının təxminən yarısının qlobal bazarlara ixracını təmin edib.
Ukrayna və Qərb Moskvanı nəzarəti altında olan bölgələrdə ukraynalı fermerlərdən oğurladıqları taxılı ixrac etmək cəhdində ittiham edib.
Plana həmçinin daşımalar edilərkən Rusiyanın atəşkəsə razı olması və Türkiyənin BMT-nin yardımı ilə Rusiyanın silah qaçaqmalçılığı qorxusunu aradan qaldırmaq üçün gəmilərə nəzarəti də daxildir.