Rusiya Qarabağı Ermənistandan çox istəyir
Bakıdan Moskvaya xəbərdarlıq
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Son günlər Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi məsələsində nəzərəçarpacaq bir hərəkətlilik müşahidə olunur. Bu, istər Rusiya cəbhəsində, istər Qərb, istərsə də son vaxtlar rəsmi Tehranın mövqeyindən açıq hiss olunur.
Bölgədə soyuq savaşın günü-gündən daha da qızışması, mövqe mübarizəsinin daha da aktivləşməsi əbəs yerə deyil. Azərbaycan Cənubi Qafqazın açar dövləti olaraq bu gün regionda vəziyyəti kökündən dəyişdirə biləcək böyük hadisənin astanasındadır: Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində qeyd etdi ki, ayın 18-də (bu gün) Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur.
Bu sənəd Azərbaycanın diktəsini artırmaq, gücünə güc qatmaq baxımından nə qədər əhəmiyyətlidirsə, Rusiyanı da bir o qədər narahat edən məsələdir. Ukrayna ilə müharibə fonunda aktuallığı birə-on artan enerji təhlükəsizliyi məsələsinin müəyyən bir hissəsini Azərbaycan vasitəsilə kompensasiya etmək istəyən Qərblə bu əməkdaşlıq təbiidir ki, Moskvanı qane edə bilməz.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel birliyin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı yenə bölgəyə göndərməsi davamlı sülh prosesi tezliklə əldə olunması baxımından Qərbin mövqeyini ifadə etmək nöqteyi-nəzərdən əhəmiyyətli ola bilər. Rəsmi Bakı Brüsselin vasitəçiliyini fəal surətdə həyata keçirməsindən məmnundur. Bu məsələdə yenə də məmnun olmayan Kremldir. Brüsseli qabaqlamaq istəyən Kreml yaxın günlərdə bölgəyə təmsilçisini göndərəcək və ya tərəfləri yenidən Moskvaya toplayacaq kimi görünür. Nəticənin isə həmişəki kimi ola(may)acağı istisna edilmir.
Artıq Rusiyanın 44 günlük müharibənin dayanmasında əsas pay sahibi kimi üzərindən 1 il 8 ay keçməsinə baxmayaraq nəhayət səfirini Şuşaya göndərməsi Kremlin region uğrunda savaşın qızışdığı bir vaxtda Bakı ilə münasibətlərini qoruyub saxlamaq üçün bir gedişdir. Əslində isə Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfərində qeyri-adi heç nə yoxdur. Doğrudur, Rusiya, ABŞ və Fransanın ölkəmizdəki səfirləri həmsədr ölkələrin təmsilçiləri kimi bu zamana kimi digər ölkələrin səfirləri kimi Şuşaya səfərə getməməyə üstünlük verirdilər. Onlar ölkələrinin rəsmi qurumlarının təlimatı əsasında Şuşaya səfər dəvətini geri çevirirdilər.
Yoxsa, Rusiya səfirinin ölkənin rəsmi qurumunun Şuşaya səfər təklifini qəbul etməməsini həmin ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğunu anladı. Təbii ki, xeyr! Rusiya maraqlarına görə bu gedişi etmək məcburiyyətində qaldı. Bununla da amerikalı və fransalı həmkarlarını qabaqlayan Rusiya Bakının yanında daha hörmətli görünmək, Azərbaycanın ədalətli qələbəsini, Şuşa Zəfərini qəbul etdikləri təəssüratı yaratmaq istəyir.
Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Ermənistanla danışıqların vəziyyətinə dair səsləndirdiyi fikirlərindən çıxan nəticələr isə Rusiyanın məmnun edə bilməz. Çünki Azərbaycan lideri Rusiyanın Qarabağdakı hərəkətlərindən xoşhal olmadığını açıq şəkildə bəyan etdi:
Dövlət başçısının "Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir" çıxışından açıq anlamaq mümkündür ki, Bakı prosesin gedişatından heç məmnun deyil. Danışıqlarda irəliləyiş yoxdur, Ermənistan üzərinə düşən heç bir məsələni həll etmək istəmir.
İlham Əliyev çıxışında eyni zamanda "Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır.
Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb" açıqlamaları ilə diqqət çəkdi.
Bununla da Azərbaycan Prezidenti Rusiyanı verdiyi sözü tutmamaqda, üçtərəfli bəyanatdakı öhdəliyini yerinə yetirməməkdə açıq-aşkar ittiham edib. Dövlət başçısı Rusiya hərbi səlahiyyətlisinin götürdükləri öhdəliyi yerinə yetirməmələrini xatırlatmaqla Rusiyanın vasitəçi kimi bu məsələdəki fəaliyyətindən rəsmi Bakının narazılığını açıq şəkildə diqqətə çatdırıb. O, açıq şəkildə Rusiyanı vədinə xilaf çıxaraq Ermənistan hakimiyyətinə təsir edib erməni silahlı qüvvələrin Qarabağdan çıxarılmasını təmin etmədiyini bildirib.
Dövlət başçısının "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir" mesajının iki ünvanı var - Rusiya və Ermənistan. İlham Əliyev eyni zamanda bu bəyanatı ilə rəsmi İrəvana təcili qərar vermək üçün fürsət verdi. Ermənistan rəhbərliyindən Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarıb-çıxarmayacaqları ilə bağlı konkret cavab gözlədiyini diqqətə çatdıran İlham Əliyev, İrəvanın qərarına uyğun rəsmi Bakının cavabının olacağını deyib.
Ölkə başçısı "Biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək" açıqlaması ilə isə əslində dolayısıyla İrəvanın öhdəliyindən yayınacağı təqdirdə Bakının cavabının hansı səpgidə olacağı mesajını da verdi.
Belə bir məqamda bütün gözlər Brüssel Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşə zillənmişdi. Azərbaycan və Ermənistan xarici işlərin nazirlərinin Tiflisdəki ilk görüşü nəticəsiz qalacağı halda bu sonrakı proseslərə mənfi təsir edəcək.
Gözlənilən görüş baş tutdu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə ikitərəfli görüş keçirdi: 3 saata yaxın davam edən Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə baş tutub. Bakı və İrəvanın görüşlə bağlı rəsmi açıqlamalarından bu məqamlar diqqət çəkir.
Üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edən Bakı, bura Rusiya tərəfinin iyun ayına qədər çıxarılmasına söz verdiyi, lakin vədini yerinə yetirmədiyi 4-cü bəndin (erməni qoşunların çıxarılması) həyata keçirilməsi, o cümlədən, Zəngəzur dəhlizinin Ermənistan tərəfinə düşən hissəsində işlərin başlanılmasını da XİN başçıları səviyyəsində Ermənistanın qarşısına bir tələb kimi qoyub. Ermənistan tərəfi isə öz növbəsində "Qarabağ münaqişəsinin" həll edilmədiyini deyir, Minsk qrupunun mandatından istifadə edilməsini istəyir. Rəsmi açıqlamalardan belə nəticə çıxır ki, prinsipial məsələlərlə bağlı anlaşma olmayıb. Konkret desək, Ermənistan üzərinə götürdüyü öhdəlikləri öz xoşu ilə yerinə yetirmək niyyətində deyil. Bu isə müharibə ehtimalını qaçılmaz edir.
Prezident İlham Əliyevin son çıxışında XİN rəhbərlərinin görüşünün nəticəsini gözlədiyini, addımların buna uyğun atılacağını bəyan etdiyini xatırlasaq, Azərbaycanın bütün mümkün addımlara adekvat cavab verməyə hazır vəziyyətdə olduğunu deyə bilərik.