“Rusiya elə bilir ki, bizim axırımıza çıxa bilər”
ABŞ müdafiə naziri Lavrova cavab verdi; “Ukraynalılar Donbası itirməyiblər”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
Amerika Birləşmiş Ştatları Ukraynaya daha 4 HİMARS yaylım atəşli raket kompleksi göndərəcək. Bunu iyulun 20-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya hərbi yardım üzrə müttəfiqlərin növbəti iclasında deyib.
“Reuters” agentliyi xatırladır ki, bu həftənin əvvəlində Rusiyanın müdafiə naziri Sergey Şoyqu öz generallarına Ukraynaya verilmiş uzaqvuran Qərb raket və artilleriya qurğularının məhv edilməsi əmrini vermişdi.
Ukrayna hazırda ABŞ və Qərb müttəfiqlərindən aldığı müasir raket və toplarla Rusiya qüvvələrinin təchizat xətlərini vurur.
Müharibənin başlanmasından az qala beş ay keçməsinə baxmayaraq, Rusiya qüvvələri Ukraynanın şərqindəki Donbas bölgəsində çox az irəliləyişə nail ola bilib.
Ostin video formatında keçirilən görüşün başlanğıcında deyib:
“Biz Ukrayna silahlı qüvvələrinin mərd kişi və qadınlarına uzunmüddətli dəstəyin saxlanması üçün innovativ yolların axtarışını davam etdirəcək və çalışacağıq ki, Ukrayna özünü müdafiə etmək üçün texnologiyalara, silah-sursata və atəş qüvvəsinə malik olsun”.
***
Pentaqonun rəhbəri deyib ki, Ukraynada münaqişənin həlledici mərhələsi başlanıb:
“Hazırda münaqişənin kritik fazasıdır. Buna görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati əhəmiyyətlidir və təxirəsalınmazdır. Rusiya elə bilir ki, Ukraynanın və bizim axırımıza çıxa bilər. Amma bu, Rusiyanın yanılmalarından yalnız növbətisidir. Biz öz dəstəyimizdə qətiyyətliyik. Biz öz öhdəliklərimizə möhkəm sədaqətliyik”.
Lloyd Ostin bildirib ki, Qərb Ukrayna qarşısında yaranmış hərbi təhlükənin ciddiliyini dərk edir, amma eyni zamanda Rusiyanın hərbi qüdrətini qədərindən artıq qiymətləndirməyə dəyməz:
“Gəlin unutmayaq ki, Putin Rusiyanın hərbi qüdrətini daim qədərindən artıq qiymətləndirib. Və o daim öz vətənini müdafiə edən azad xalqın gücünü və onu dəstəkləyən beynəlxalq birliyin iradəsini qədərincə qiymətləndirməyib”.
“Reuters” yazır ki, Qərb Rusiyanın kəmiyyətcə artilleriya üstünlüyünü aradan qaldırması üçün Ukraynanı uzaqvuran artilleriya qurğuları və yaylım atəşli reaktiv zenit sistemləri ilə təchiz edir.
Ukrayna bildirir ki, bu silahların köməyi ilə Rusiyanın 30-dək logistika və silah-sursat qovşaqlarına uğurlu və dağıdıcı zərbələr endirib.
***
İyulun 20-də keçirilən videokonfransdan sonra ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri general Mark Mili deyib ki, Ukrayna Rusiya komanda və nəzarət qərargahlarını, logistika şəbəkələrini və havadan müdafiə sistemlərini vurmaq üçün ABŞ-ın verdiyi HİMARS sistemlərindən uğurla istifadə edib.
General əlavə edib ki, 200-dək Ukrayna hərbçisinə HİMARS-dan istifadə təlimi verilib və Rusiya tərəfinin məlumatlarına rəğmən bu sistemlərdən heç biri sıradan çıxarılmayıb.
Milli deyib ki, ukraynalılar hələki Donbası itirməyiblər və hazırkı vəziyyəti “üzücü və tükəndirici müharibə” adlandırmaq olar.
HİMARS sistemi Rusiyanın sovet istehsalı artilleriya və raket sistemləri ilə müqayisədə daha uzaqvuran və daha sərrastdır.
Ostin əlavə edib ki, Ukrayna üçün yeni hərbi yardım paketinə habelə ingiliscə qısaldılmış adı MLRS olan raket-zenit sistemləri üçün sursat daxil edilib.
“Reuters” yazır ki, beləliklə, ABŞ-ın Ukraynaya verdiyi HİMARS sistemlərinin toplam sayı 16-ya çatıb.
Birləşmiş Ştatlar müharibə başlanandan bəri Ukraynaya 8 milyard dollarlıq, təkcə ötən ay isə 2.2 milyard dollarlıq təhlükəsizlik yardımı göstərib.
***
İyulun 20-də etdiyi çıxışında Pentaqonun rəhbəri Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatına münasibət bildirib.
Lavrov demişdi ki, indi artıq Rusiya Ukraynada yalnız Donbası işğal etməklə kifayətlənməyəcək.
Ostin bildirib ki, görünür, Lavrov bu sözləri öz ölkəsinin əhalisi üçün deyib:
“Onun sözləri bizi və ya Avropada və dünyada heç kəsi təəccübləndirməyib. Düşünürəm ki, o Rusiyadakı insanlar üçün danışır. Bu insanları yaxşı məlumatlandırmayıblar”.
“Reuters” ABŞ hərbi hava qüvvələrinin qərargah rəisi general Çarlz Brauna istinadən yazır ki, Birləşmiş Ştatlar hazırda Ukraynanın gələcək hərbi hava donanmasının yaradılması çərçivəsində ukraynalı pilotlara uçuş təliminin verilməsi layihəsini nəzərdən keçirir.
General Mili isə bildirib ki, Ukrayna qoşunlarına, pilotlara təlim verilməsi də daxil kömək edilməsinin müxtəlif variantları nəzərdən keçirilir, amma hələki qərar qəbul edilməyib.
Bir sıra Ukrayna mənbələri bundan əvvəl bildirirdilər ki, Ukrayna pilotlarına ABŞ-ın “F-15” və “F-16” qırıcılarında uçmaq təlimi verilə bilər.