
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Avropada yaşayan türklərin mövsümü rekordu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Qərb və yəhudi bankirlər, yoxsa ...
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
Türkiyə rəsmiləri bildiriblər ki, Ukrayna taxılının blokadaya alınmış limanlardan daşınmasına dair BMT planı üzrə saziş imzalanma üçün hazırdır. Ankara bildirir ki, həm də Rusiya taxılı və gübrəsinin ixracına imkan verəcək razılaşma iyulun 22-də İstanbulda imzalanacaq.
Ukrayna taxılının ixracına onun limanlarının Rusiya tərəfindən işğal və blokada edilməsi mane olur.
“Associated Press” (AP) agentliyinin xəbərinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bildirib ki, imzalanma mərasimində BMT-nin baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna rəsmiləri iştirak edəcəklər.
Ərdoğanın müşaviri İbrahim Kalın “Twitter”də yazıb: “Qlobal ərzaq təhlükəsizliyi üçün son dərəcə mühüm taxıl ixracı razılaşması sabah (iyulun 22-də) İstanbulda prezident Ərdoğanın və baş katib cənab Quterreşin rəhbərliyi, Ukrayna və Rusiya rəsmilərinin iştirakı ilə imzalanacaq”.
***
Quterreşin planı Ukrayna limanlarında müharibəyə görə ilişib qalmış milyonlarla ton taxılın ixracına imkan verməlidir.
Söhbətin azı 22 milyon ton Ukrayna taxılından getdiyi bildirilir.
Tərəflər ötən həftə İstanbulda görüşərək bu plana razılıqlarını bildirmişdilər.
Bu plan taxıl gəmilərinin Ukraynanın Qara dəniz limanlarından təhlükəsiz çıxmasına və gəlməsinə nəzarət mexanizmini nəzərdə tutur.
Bu da qeyd olunur ki, ixracın koordinasiya mərkəzi İstanbulda qurulacaq və bu quruma BMT, Türkiyə, Rusiya və Ukrayna rəsmiləri daxil olacaqlar.
BMT sözçüsünün müavini Farhan Haq deyib ki, Quterreşşin İstanbula yola düşməsi sazişin imzalanacağından xəbər verir.
Quterreş Ukrayna tərəfinə BMT-nin humanitar məsələlər rəsmisi Martin Qriffitsi, Rusiya tərəfinə isə BMT-nin Ticarət və İnkişaf üzrə direktoru Rebeka Qrinspanı təhkim edib.
Onların artıq İstanbulda olduqları xəbər verilir.
***
Cənab Haq deyib ki, əgər bu saziş imzalansa, yüzminlərlə, milyonlarla insanı potensial aclıq təhlükəsindən qurtarmaq mümkün olacaq.
İndiyədək Moskva taxıl ixracına Kiyevin Qara dəniz limanlarını minalamasının mane olduğunu bildirirdi.
Rusiya tərəfi habelə Ukrayna limanlarına girib-çıxan gəmilərin yoxlanmasını tələb edir.
Ukrayna isə bildirir ki, Moskva minalardan təmizlənmiş təhlükəsiz dəniz dəhlizlərindən Ukrayna limanlarına hücum üçün fürsətlənə bilər. Kiyev bunun baş verməməsi üçün beynəlxalq qarantiyalar tələb edir.
Ukrayna hökuməti habelə Rusiyanı işğal etdiyi ərazilərdə Ukrayna taxılının oğurluğunda ittiham edir.
Kreml Ankaranın verdiyi bu məlumata münasibət bildirməyib.
Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu məsələ ilə “hərbçilər” məşğul olur.