vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DÜNYA  
09:21 | 22 iyul 2022 | Cümə Məqaləyə 1050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“F-16”, yoxsa “Gripen”?

ABŞ-da Ukraynaya müasir qırıcıların verilməsini müzakirə edirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri Ukraynaya Qərb şirkətləri tərəfindən istehsal olunmuş müasir hərbi təyyarələrin verilməsini və Ukrayna pilotlarının onları idarə etməsi üçün təlimləndirilməsi mümkünlüyünü müzakirə edirlər.

Bu barədə məlumatı ABŞ hərbi hava qüvvələrinin qərargah rəisi general Çarlz Braun verib.

Onun sözlərinə görə Ukraynaya ABŞ-ın “F-16” qırıcılarının, İsveçin “Gripen”, Fransanın Rafale və “Eurofighter Typhoon” təyyarələrinin verilməsi müzakirə olunur.

Braun əlavə edib ki, “hər halda söhbət Rusiya təyyarələrindən getmir”.

Ekspertlər deyirlər ki, belə müzakirələrin getməsi Birləşmiş Ştatların rəsmi mövqeyinin dəyişməsindən xəbər verir.

Hələ ötən martda Vaşinqton Polşanın Ukraynaya öz cəbbəxanasındakı sovet MiG təyyarələrini verməsinə razılaşmamışdı.

Polşa bu təyyarələrin əvəzində ABŞ-da F-16 qırıcıları istəyidi.

O vaxt Ağ Ev bildirmişdi ki, belə mübadilə Ukraynadakı münaqişəni dərinləşdirə bilər.

İndi isə Ukrayna pilotlarına Qərb qırıcılarında təlim verilməsi ideyası Amerika konqresmenləri tərəfindən dəstəklənib.

Ötən həftə ABŞ Konqresi bu məqsədlə vəsait də ayırıb.

Lakin hələlik Pentaqonda bu barədə qəti qərar qəbul edilməyib.

***

Ekspertlərin fikrincə Ukraynaya hərbi təyyarələr onun quru qoşunlarının irəliləyə bilməsi üçün lazımdır.

Havadan dəstək olmadan bunu etmək çətin olacaq.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov BBC-yə müsahibəsində deyib ki, Kiyev heç də təkcə F-16 qırıcılarını almaq istəməzdi:

“Təyyarələr olacaq. Sual hansı təyyarələrin olacağıdır. Əgər kimsə düşünürsə ki, F-16 məsələnin həllidir, bəzi məqamları nəzərə almır. Bizim aerodromlarımız F-16 qırıcıları üçün hazır deyil. Ola bilsin ki, bizə başqa tip təyyarələr lazım oldu. Yaxşı təyyarələr təkcə F-16-lar deyil. Müasir standartlı başqa təyyarələr də var. Məsələn İsveçin istehsal etdiyi “Gripen” təyyarələri”.

Pentaqonda hələ qəti qərar qəbul edilməsə də, ABŞ dekabrda öz donanmasından çox sayda təyyarəni silməyi planlaşdırır. Bunlardan 47-si “F-16”, 48-i “F-15” qırıcılarıdır.

Bu say Ukraynaya 3-4 eskadriliya yaratmaq imkan verərdi.

Bundan başqa 25 ölkə “F-16” qırıcılarından istifadə edir və onlar da nə vaxtsa donanmalarını təzələmək istəyəcəklər.

***

Uzun müddət MiG təyyarələrini layihələndirən müəssisədə - Mikoyan adına konstruktor bürosunda çalışmış Aleksandr Qarnayev MiG və “F-16” təyyarələrini müqayisə edib.

O sınaq pilotu kimi hər iki tip təyyarədə uçuşlar keçirib: “Sırf texniki baxımdan MiG-29 və F-16 təyyarələrində uçmaq - “Zaporojets” və “Audi” avtomobillərini sürmək kimidir. F-16-nın üstünlüyü ondakı avadanlıq və silahlardır. F-16-lar daim modernizasiya edilib. MiG-29-lara isə baxan olmayıb. “F-16”lar ən müasir avadanlıq və silahlarla təchiz edilib”.

Ekspertin sözlərinə görə “F-16” özünün 11 asqısında 7.7 ton ağırlığında müxtəlif raketlər daşıya bilər.

MiG-29-un döyüş yükü 3 tondur.

“F-16”nın MiG-29-dan daha bir üstünlüyü onun bir mühərrikə malik olmasıdır. Bu isə təyyarənin faydalı çəkisini artırır. Başqa sözlərlə özü yüngül olan təyyarə daha ağır silah yükü götürə bilir.

***

Aleksey Reznikovun haqqında danışdığı “JAS-39 Gripen” təyyarəsi “F-16”dan xeyli “cavandır”.

İsveç onun istehsalına 1990-cı illərdə başlayıb. O çoxfunksiyalı təyyarə kimi yaradılsa da, əslində təkmühərrikli “F-16” kimi yüngül döyüş təyyarəsidir.

Yaxşı uçuş keyfiyyətlərinə malik Gripen yük götürmək məsələsində “F-16”dan geri qalır. Bu təyyarə özünün 10 asqısında 5.3 ton çəkisində raketlər daşıya bilir.

Amma bu, hər halda MiG-29-un 3 tonundan daha ağır çəkidir.

“Gripen” qırıcısının bir üstünlüyü də onun radara düşmə ehtimalını azaldan texnologiyalara malik olmasıdır.

Ekspertlər deyirlər ki, Ukrayna üçün “Gripen” təyyarəsinin ən önəmli üstünlüklərindən biri də ona xidmətin daha ucuz başa gəlməsidir.

Üstəlik “F-16”dan fərqli olaraq Gripen “narahat” aerodromlardan da qalxıb-enə bilir.