vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
10:51 | 29 iyul 2022 | Cümə Məqaləyə 5957 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir güllə bahar olmaz!

İnformasiya təhlükəsizliyi çağdaş dünya ölkələrinin ən vacib problemidir

Xəqani SƏFƏROĞLU

Sosial şəbəkədə dezinformasiyanın qarşısını güclü, peşəkar, oxucunun kütləvi etimadını qazanmış KİV-lər ala bilər. Dünyada sosial mediadan yayılan dezinformasiya, yalan, birtərəfli xəbərlər ciddi baş ağrısına çevrilib.

Amma aparıcı ölkələr bunun qarşısına imzası milyonlarda etimad doğuran jurnalistlərlə, hörməti şübhə doğurmayan media qurumları ilə və onların dürüst, qərəzsiz ictimai nəzarət sistemi ilə çıxıırlar.

Feyk-xəbərlərin qənimi doğru və zamanında açıqlanan məlumatlardır. 

Xəbərin vaxtında yayılması üçün nazirliklərin, icra strukturlarının məmurları da jurnalistlərlə birgə məsuliyyət daşıyır.  

Bu gün Tik-tok-da bir xəbər yarım saata 1 milyon baxış yığır, “YouTube” heç bir məsuliyyəti olmayan “açıq mikrofon”larından səslənən şübhəli və mənbəyi olmayan informasiyaların baxış sayı milyonları ötür. Amma üzərində peşə etikası olan, “əlahəzrət fakt”a söykənən və jurnalist məsuliyyəti daşıyan qəzetlərimizin gündəlik tirajı 300-2 mini, ictimai-siyasi kontentə üstünlük verən saytlarda gündəlik baxış 10 mini zorla keçirsə hansı müqavimətdən danışmaq olar?

Üstəlik aşağı maaşa çalışan, yüksək qonorar almayan jurnalistlərdən, reklam bazası olmayan KİV-lərdən necə öz sahələrində peşəkar vərdişlər, qlobal təhdidlərə qarşı güc qoymağı tələb etmək olar?

“Bir güllə bahar olmaz!”

Bu məsələlər kompleks şəkildə həll olunmalıdır. KİV-də islahatların mühüm aspektləri yeni media üçün bunları tələb edir. Şuşada Beynəlxalq Media Forumunun əsas trendi də bu idi.

İnzibati hədələrlə deyil, ciddi və peşəkar media seqmentini formalaşdırmaqla bu təhlükəyə qarşı mübarizə aparmaq lazımdır.

İnformasiya təhlükəsizliyi çağdaş dünya ölkələrinin ən vacib problemi hesab olunur. Müharibədən çıxmış Azərbaycan üçün bu ikiqat mühümdür. Dövlətin maraqlarının və ictimai nəzarətin “qırmızı xətləri” vətəndaşlıq mövqeyindən, güclü KİV-dən və peşəkar mediaya etibar edən məsuliyyətli oxuculardan keçir.