vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
15:25 | 20 sentyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1852 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bayden üçün başıaşağılıqdır”

Rəisinin ABŞ torpağına ayaq basmasına kəskin reaksiya

CAVİDAN

Amerikanın respublikaçı senatoru Tom Kotton Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka gedən İran prezidenti İbrahim Rəisini cinayətkar adlandırıb.

O, özünün “Twiter” hesabında İran prezidentini terror rejiminə xidmət edən, kütləvi qətl törədən cinayətkar adlandırıb.

“Rəisinin Amerika torpağına ayaq basmasına icazə vermək Co Bayden üçün başıaşağılıqdır” – deyə, senator yazıb.

İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.

Onun Nyu-Yorka səfəri xaricdə, özəlliklə Amerikada mühacirətdə yaşayan iranlı müxaliflərin geniş etirazları ilə qarşılaşıb.