Avropa Rusiyadan yenidən nə zaman qaz alacaq?
Çinlilər “Şimal axını” kəmərinin partladılmasında ABŞ-dan şübhələnir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Polis şübhəlini axtarır
Kölndə müəmmalı partlayışlar davam edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Şengen böhranı
Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Almaniya həyəcan içində
Nahar vaxtı əsgərlərə hücum etməyi planlaşdıran şübhəli saxlanılıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
Altı ayda 25 faizə yaxın azalma
Yanvar-iyun dövründə Almaniyada şirkətlərin müflisləşməsində ciddi artım
-
“Ksenofobiya və irqçiliyin əleyhinəyik”
Almaniyanın ana müxalifət lideri Merz: “Mühacir əsilli insanlara ehtiyacımız var”
-
“Qoy çörəkpulu qazansınlar”
Olaf Şolz ölkəsinin immiqrasiyaya ehtiyacı olduğunu vurğulayıb
-
Almaniyanın immiqrasiya qərarına AB-dən etiraz
“Birlik ölkəsi yalnız müstəsna hallarda daxili sərhəd nəzarətini həyata keçirə bilər”
-
Təhdid dolu məktublar
Almaniyanın üç əyalətindəki məktəblərdə dərslər dayandırılıb
Beynəlxalq aləmdə “şimal axını” boru xəttini kim partladıb” sualı aktual olaraq qalır. Əgər boru xətlərindən birində qəza olsaydı bunu təsadüf kimi qiymətləndirmək olardı. Ancaq qəza hər iki – “Şimal axını-1” və “Şimal axını-2” boru xəttində eyni zamanda baş verib. Deməli söhbət partlayışın qəsdən təşkil olunmasından gedir.
Rusiya Qərbi və əsasən ABŞ-ı, Vaşinqton və onun Avropadakı tərəfdaşları isə Kremli ittiham edirlər. Rusiya Avropaya qaz nəqlini partlayışdan əvvəl azaltmışdı. Kreml Ukraynada apardığı işğalçı müharibə fonunda ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ilə üzləşib. Kreml də buna cavab olaraq Avropanı qazsız qoyub. Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağı planlaşdırır və “Sibirin gücü -2” boru xəttinin tikintisini planlaşdırır. Odur ki, Qərb ölkələrində belə bir inam var ki, boru xətlərinin partlayışını Rusiya təşkil edib.
Kremlin isə məntiqi belədir ki, boru xəttinin partladılması Rusiyanın maraqlarına cavab vermir. Kremlin məntiqini Pekin də dəstəkləyib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi “şimal axını” boru xətlərinin partlayışlarının arxasında Amerikanın ola biləcəyini deyib. Çinli diplomat bu zaman ABŞ prezidenti Co Baydenin vaxtilə dediyi “şimal axını boru xəttiylə qurtarmaq lazımdır” cümləsinə istinad edib. Bayden bunu Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin ilk günləri zamanı demişdi.
Bu arada, bir qrup çinli siyasi ekspertin fikrincə, Krım körpüsünün partladılması “pandorra qutusunun” açılmasına şərait yaradıb. Həmin çinli ekspertlərin fikrincə, “şimal axını” boru xəttinin, o cümlədən Krım körpüsünün partladılması terror aktı olmaqla yanaşı bu hərbi etikaya uyğun deyil və bu münaqişənin genişlənməsinə şərait yaradacaq. Deməli, çinli ekspertlərin məntiqinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi, öldürdüyü mülki insanlar, qəsəbələrdə törətdiyi qətliamlar (aşkarlanan kütləvi məzarlıqlar bundan xəbər verir) terror deyilmiş və hərbi etikaya uyğun imiş, ancaq Ukraynanın ərazisini azad etmək məqsədilə əks-həmlələri terror aktı imiş və hərbi etikaya uyğun deyilmiş. Bunu iddia edən çinli ekspertlər gərək onda İkinci Dünya müharibəsi zamanı alman faşistlərinə qarşı savaşan partizanları da terrorçu elan edələr, çünki onlar da dəmir yollarını partladır və faşistlərə qarşı diversiyalar həyata keçirirdilər. Elə hazırda hakimiyyətdə olan Çin Kommunist partiyasının fəalları da vaxtilə Yaponiyanın işğalına qarşı bütün mümkün üsullarla mübarizə aparırdılar, onda gərək çinli ekspertlər öz tarixlərindən də imtina edələr.
Əlbəttə, “şimal axını” boru xətləri ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir. Çünki Vaşinqton hesab edir ki, Rusiya bu boru xətləri vasitəsilə Avropaya qaz nəqlini artıracaq və Avropa dövlətləri Rusiyadan daha çox asılı vəziyyətə düşəcəkdilər. Ancaq Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Amerikanın müdaxiləsi olmadan da “şimal axını” boru xətlərinin fəaliyyətini dayandırıb. Avropa bu qış Rusiya qazı olmadan qızınmağa çalışacaq. Rusiya Ukraynaya qarşı işğalçı müharibədən imtina etməyənə qədər Avropaya qaz nəqli mümkün olmayacaq. Rusiya prezidenti Vladimir Putinin isə ordusuna Ukrayna torpaqlarını tərk etməsi barədə əmr verəcəyi ehtimalı azdır. Rusiyada hakimiyyətə başqa şəxs gəlib müharibəni dayandırmalıdır ki, “şimal axını” boru xətləri işə düşsün.