 
                                Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
 12:51 | 25 noyabr 2022 | Cümə
                Məqaləyə 825 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                12:51 | 25 noyabr 2022 | Cümə
                Məqaləyə 825 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
 
                                Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
 
                                Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
 
                                Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
 
                                Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
 
                                Tramp Putinə əzazil sifətini göstərməyə başladı
 
                                ... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
 
                                ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
 
                                USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
 
                                Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
 
                                Budapeşt görüşü sual altında
 
                                Avropanın mərkəzində müharibə qorxusu
 
                                Ukrayna ordusunda çinlilər də döyüşür
 
                                Məzar daşları dağıdıldı
 
                                Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
 
                                Sergey Lavrov və Zərif arasında qarşıdurma
Rusiyanın Cənubi Qafqazda qarşılaşdığı situasiyanın eynisi bu gün Yaxın Şərqdə ABŞ üçün təkrarlanır. Əgər Rusiya bölgədə qalmaq üçün Qarabağda separatçıların təxribatlarına göz yumursa, onların silahlandırılmasında bilavasitə iştirak edirsə, Birləşmiş Ştatların Suriya strategiyasını PKK-nın Suriya qolu YPG üzərində qurması da ABŞ-ın məhz Yaxın Şərqdə “meydanda qalmaq” məqsədindən irəli gəlir.
Çünki Vaşinqton üçün İran və Rusiyanın dəstəyini alan Bəşər Əsədin sünni qruplar tərəfindən devrilə bilməyəcəyi məlum olduqdan sonra Suriyada kürdlərdən başqa işləyə biləcəyi lokal aktor qalmadığı ortaya çıxdı. Elə bu səbəbdən də Kürdlər vasitəsilə “meydanda qalmaq” strategiyası ABŞ-ı Suriya masasında saxlamaq üçün ən uyğun variant oldu. Bu məqamda elə Türkiyənin də Suriyanın şimalına hərbi əməliyyatlarının səbəbi “masada yerini almaq” düşüncəsindən qaynaqlanır.
Əslində isə Vaşinqtonun kürdlərlə bağlı bu taktikası işə yarasa da, bu proses Türkiyə-Rusiya yaxınlaşması kimi fundamental geosiyasi dəyişikliyə də səbəb oldu. Belə görünür ki, Vaşinqtondakı qərarvericilər nədəsə yanlış hesablama aparıblar, onlar Ərdoğanın Rusiya ilə münasibətlərdə bu qədər irəli gedə biləcəyini təxmin belə etməyiblər.
ABŞ-ın Suriya strategiyasından (yeni hədəfləri yoxdur, əsas məqsəd status-kvonu saxlamaq, strateji neft resurslarına nəzarəti qorumaqdır) fərqli olaraq Türkiyənin Suriyadakı strategiyası olduqca dinamikdir, Ankara nəzarətindəki əraziləri maksimum genişləndirmək barədə düşünür. Buradan belə nəticə çıxır ki, Türkiyə ilk növbədə qarşısına birbaşa nəzarətində olan əraziləri artırmaqla hədəflər qoyub. Çünki Ankara anlayır ki, indiki məqamda Suriya masasında əlini gücləndirməyin əsas düsturu məhz bu xəttin necə inkişafından asılıdır.
Amma Türkiyə beynəlxalq geosiyasi müstəvidə fəallığını artırmaq, çevrəsini genişləndirmək məqsədi ilə daha geniş manevr imkanı üçün ətrafını gücləndirmək siyasətində olduqca uğurlu qərarlarla diqqət çəkməyə başlayıb.
Belə ki, Ərdoğanın Sisiylə görüşməsi Türkiyənin “Ərəb Baharı” kitabını tamamilə bağlaması deməkdir. Bununla da Ərdoğan bu görüşün epizodik olmadığını, Misirlə münasibətlərdə yeni səhifə açmaq istədiklərini nümayiş etdirmiş oldu. Bu faktor deməyə əsas verir ki, Türkiyə artıq əsas diqqətini tək Ərəb dünyasına fokslamaq niyyətində deyil, eyni zamanda nəzərlərini Şərqi Aralıq regionuna cəmləmək barədə düşünür.
Ərdoğanın Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşlər vasitəsi ilə iki ölkə arasında münasibətləri tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə qaldırmaqda əsas amacı təbii ki, Türkiyənin düşmənlərini meydanda tək qoymaq da ola bilər.
Çünki ehtimallar yüksəkdir ki, Türkiyə ilə normallaşmadan sonra Sisi Yunanıstanla çox isti münasibətlərini arxa plana ata bilər. Amma vəziyyətin bu məcrada dəyişməsi eyni zamanda Türkiyə ilə İsrail arasında hazırda qurulmağa davam edən kombinasiyanın gələcəyindən asılıdır.
Bəli, görünən odur ki, Rəcəb Tayyib Ərdoğan bir müddətdir xarici siyasətdə vəziyyətə uyğun olaraq bəzi dəyişiklikləri gözdən keçirməyə başlayıb. Ankara çox gözəl anlayır ki, Misir və İsraillə münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur.
Çünki Türkiyənin bu iki dövləti özündən uzaqlaşdıracaq istənilən qərarı onların Türkiyə düşmənlərinə yaxınlaşması, onlarla koalisiya halına gəlməsi ilə nəticələnə bilər. Necə ki, bu iki dövlət Türkiyə ilə münasibətlərin gərgin olduğu dövrdə Türkiyənin regionda əsas rəqiblərindən olan Yunanıstanla yaxınlaşdılar. Bu yaxınlaşmaya onlar arasında birgə enerji layihələrini müzakirə edilməsi məsələsinə qədər gedib çıxmalarını göstərə bilərik.
Türkiyə-İsrail münasibətləri rəsmi Bakının da böyük fəallığı nəticəsində artıq normallaşmağa doğru çox böyük sürətlə irəliləyir. Bunu Ankaranın vaxtilə əlaqələri kəsdiyi İsrailin hazırkı baş nazir Benyamin Netanyahu ilə Ərdoğan arasındakı telefonla danışığı, eyni zamanda Netanyahunu seçkilərdə qələbə münasibətilə təbrik etməsi təsdiq edir. Bu sözləri Misir prezidenti Sisi ilə münasibətlərə də şamil etmək olar. Ərdoğan artıq Misir prezidenti Sisinin də əlini sıxdı. Belə görünür ki, indi növbədə Suriya prezidenti Bəşər Əsəddir... (Milli.az)